• cümə, 29 Mart, 12:55
  • Baku Bakı 14°C

Obameyanq qərar verdi - Atası Klyuvertlə görüşüb

27.04.17 13:55 994
Obameyanq qərar verdi - Atası Klyuvertlə görüşüb
Dortmund "Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanqın karyerası ilə bağlı qərar verdiyi bildirilir.
Kaspi.az xəbər verir ki, Obameyanq Almaniya çempionatının sonuncu turundan sonra yeni klubunun adını açıqlayacaq. Məlumata görə, qabonlu futbolçu PSJ ilə anlaşıb.
Yanvar ayında Obameyanqın atası PSJ-nin idman direktoru Patrik Klyuvertlə görüşüb. Aprel ayında isə onlar yenidən görüşüb müzakirələr aparıblar. Məlumata görə, son görüşdə Obameyanqın PSJ-yə keçidi ilə bağlı razılıq əldə edilib.
"Borusiya” ilə 2020-ci ilə qədər müqaviləsi olan Obameyanq bir neçə dəfə bildirmişdi ki, "Real”da oynamaq arzusundadır.
banner

Oxşar Xəbərlər