AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Obama İlham Əliyevə təşəkkür etdi

Obama İlham Əliyevə təşəkkür etdi

Siyasət
09 Yanvar 2013, 17:38 1498
ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

B. Obama prezident seçilməsi münasibətilə onu təbrik edən Azərbaycan dövlət başçısına təşəkkür edib.

“Göndərdiyiniz xoş təbrik məktubunuza görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram. Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik. Bir daha xoş sözlərinizə görə təşəkkür edirəm”, - deyə Obamanın məktubunda bildirilir.