O yuxu epopeyanın açarı sayılmalıdır
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət
adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz
yazıçı Fəxri Uğurludur. Onun sevdiyi
əsər Lev Tolstoyun "Hərb və sülh” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Lev Tolstoyun "Hərb və sülh” romanı sizin sevdiyiniz əsərdir?
– Allahın dünyada gördüyü işin, yəni tarixin mənasını anlatmaq, həyatın modelini yaratmaq baxımından roman sənətinin "Hərb və sülh”dən böyük möcüzəsini tanımıram. Üstəlik məzmunla formanın ideal vəhdəti. Əlbəttə, mən Tolstoyun baxışlarını sözsüz-sovsuz qəbul eləyənlərdən, ehkam sayanlardan deyiləm. Onun dünyagörüşündə təzad çoxdur. Ancaq öz baxışlarını mükəmməl bədii vasitələrlə çatdırmaq sarıdan dünyada tək-tək yazıçı Lev Nikolayeviçə tay tutula bilər.
Məsələn, yazdığı hər dastan qəhrəmanlarının ölümüylə başa çatsa da, Nizamini oxuyan adam ölüm xofundan arınır, çünki o da ölümə fani həyatdan diri həyata atılan bir körpü kimi baxır. Bu məqamda Ramiz Rövşənin bir kəlamını xatırlatsam, məncə, yerinə düşər. Böyük şair illər öncə "Romeo-Cülyetta”nı "Leyli-Məcnun”la tutuşduranda demişdi ki, birinci əsərdə ölüm sevənləri ayırır, ikincidə birləşdirir.
Suala bir əlavəm də var: yanılmıramsa, Tolstoy dekabristlərdən də qabaq I Pyotr haqda roman yazmaq istəyirdi, ancaq nədənsə sonradan bu fikrindən yan keçmişdi.
Bu deyilənlərin bizdə də analoqu var: götürək İsa Hüseynovun "Məhşər” romanını. Yazıçı bu əsərdə orta əsr salnaməçilərinin yazdıqlarına dönə-dönə üz tutur, tarixi gerçəklərə mümkün qədər sadiq qalmağa çalışır, ancaq salnamələrin asılılığına düşmür. İsa Hüseynov üçün ən dəqiq, ən doğru-dürüst qaynaq sufi-hürufi ədəbiyyatı, Nəiminin, Nəsiminin yazdıqlarıydı. Məhz bu yanaşmanın sayəsində o, neçə yüz il qabaq baş vermiş qanlı hadisələrin mahiyyətinə varıb "Məhşər” kimi mükəmməl tarixi-fəlsəfi roman ortaya qoya bilmişdi.
Söhbətləşdi: Fərid Hüseyn
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Lev Tolstoyun "Hərb və sülh” romanı sizin sevdiyiniz əsərdir?
– Allahın dünyada gördüyü işin, yəni tarixin mənasını anlatmaq, həyatın modelini yaratmaq baxımından roman sənətinin "Hərb və sülh”dən böyük möcüzəsini tanımıram. Üstəlik məzmunla formanın ideal vəhdəti. Əlbəttə, mən Tolstoyun baxışlarını sözsüz-sovsuz qəbul eləyənlərdən, ehkam sayanlardan deyiləm. Onun dünyagörüşündə təzad çoxdur. Ancaq öz baxışlarını mükəmməl bədii vasitələrlə çatdırmaq sarıdan dünyada tək-tək yazıçı Lev Nikolayeviçə tay tutula bilər.
– Tolstoy 1805–1807-ci illər müharibəsini
Rusiyanın Avropanın işlərinə qarışması kimi dəyərləndirir və çar
diplomatiyasının səhvi adlandırırdı. Sizcə, o həmin dövrdə öz ölkəsinin halını
və imperiya maraqlarını düşünməməkdə nə dərəcədə haqlı idi və əsərdə o bu haqqı
nə dərəcədə ifadə edib?
– Məncə, "Hərb və sülh”ün
mənasını, ideyasını, mesajlarını konkret bir zaman, ya məkan çərçivəsində
dəyərləndirmək olmaz. Doğrudur, əsərdə hadisələr bəlli vaxt aralığında, –e
piloqu saymasaq, 1805-1813-cü illər arasında, – bəlli bir ölkədə, qitədə baş
verir, ancaq bütün bunlar qəhrəmanların fonu sayılmalıdır. Əgər Tolstoy öz
personajlarını başqa bir dövrə, başqa bir tarixi şəraitə, Napoleon yox, deyək
ki, Çingiz xan imperiyasının işğalı zamanına atsaydı, romanın məzmunu, ideyası
yenə dəyişməzdi. O ki qaldı qoyulan suala, birincisi, Lev Tolstoy kimi böyük
sənətkarın imperiya maraqlarını güdməməkdə yanıldığını düşünmürəm; ikincisi,
dediyiniz illərdə Rusiya hələ yox olmaq qorxusuyla üz-üzə qalmamışdı, hələ
özünü Avropanın xilaskarı kimi aparırdı, odur ki, rus ölkəsinin, rus ordusunun
"lotu”, "blatnoy” rəftarı romandakı bir çox insanın, həm də təkcə zabitlərin
yox, qadınların da əxlaqında, davranışında öz əksini tapıb. 1912-ci il savaşı
isə Rusiya üçün ölüm-dirim məsələsiydi. Bu zaman rus xalqı böyük şər selinin
qarşısında çarından kəndlisinə qədər bir vücud kimi birləşdi, hətta pozğun
zabitlər də xalq qəhrəmanına, fədakar əsgərə, əzabkeşə çevrildilər. Bütün böyük
idealistlər kimi Tolstoy da bu romanda Allahın şərdən xeyir yaratmaq iksirinin
düsturunu verməyə çalışıb.– 1812-ci il rus-fransız müharibəsini Tolstoy
ədalətli hesab edirdi, sizcə, bunun səbəbi nə idi?
– Silah öldürməyə də yarayır,
qorumağa da. O zaman fransız silahı Rusiyanı çökdürməyə, rus silahı ölkəsini,
xalqını böyük fəlakətdən qurtarmağa tuşlanmışdı.– Əsərdə xalqla dövlətin
müharibə maraqlarının fərqi görünür: dövlət fransızları zəiflətmək, ordusunu
məhv etmək, xalq isə sadəcə öz vətənini qorumaq istəyir. Sizcə, Tolstoy bu
fərqi nədən ötrü bu qədər qabardırdı? Kutuzovu xalq ruhunun təmsilçisi kimi
daha yaddaqalan edib, çar I Aleksandrı əzazil göstərmək üçünmü?
– Vətən təhlükə qarşısında olanda xalqla dövlət,
xalqla ordu arasından sərhəd götürülür, ya da götürülməlidir deyək. Məncə,
Tolstoy 1812-ci il müharibəsinin təsvirində məhz bunu, yəni dediyiniz fərqin
aradan götürüldüyünü qabartmağa çalışıb. Bu halda fransız ordusunu zəiflətməklə
vətəni qorumaq eyni anlamı verir. I Aleksandra gəlincə, mən bilən, o heç də ən
əzazil rus çarlarından sayılmır, konkret desək, sələfləri də, öz xələfi –
qardaşı I Nikolay da ondan çox zalım olub. Çar Aleksandr liberal islahatlara
meylli idi, 48 illik ömrünün sonlarına yaxın taxt-tacdan üz döndərib
tərki-dünya yaşamaq haqda düşünürdü. 1825-ci ilin dekabrında Taqanroqda qəfil
ölməsi xalq arasında belə bir şayiənin yayılmasına səbəb olmuşdu ki, guya ölən
çar deyil, onun oxşarıdır; bu fürsətdən yararlanan çar isə həmin vaxtdan
Uraldakı bir mağarada başqa ad altında guşənişin həyat sürməyə başlayıb, özü də
ta 1864-cü ilə qədər yaşayıb.– Kutuzov qəhrəmandır, amma
Tolstoy onu əsərdə qəzavü-qədərə inanan, bəzi məqamlarda passiv seyirçiliyə
meylli biri kimi əks etdirir. Bunun səbəbi nədədir?
– Tolstoyun Kutuzovu gerçək Kutuzovdan çox
fərqlənir. Yazıçı Kutuzovu öz həyatıyla rus xalqının ruhunu ifadə eləyən əsl el
adamı kimi, kainatın "ali baş komandanı” Allahın buyruğuna, iradəsinə sözsüz
təslim olan sadiq əsgər kimi, taleyin əmrini, tarixi zərurət qanunlarını
fəhmiylə duyan mömin pravoslav kimi təsvir eləyib. Tolstoyun yozumuna görə,
Kutuzovun gerçək qəhrəmanlığı döyüş taktikasını yaxşı bilməsində yox, məhz bu
mənəvi keyfiyyətlərə yüksək səviyyədə yiyələnməsindədir.– Çar Aleksandr Fransanın
müharibəyə başladığını maskaradda eşidir. Sizcə, yazıçı bununla nə demək
istəyir?
– Məncə, Tolstoy bununla fani həyatın bizə
sevinclə dərdi, nəşəylə ələmi bir qabda verdiyini göstərmək istəyib.– Dostoyevski Napoleonu ideal
hesab edirdi, onu gücün rəmzi kimi ideallaşdırırdı. "Cinayət və cəza”da
Raskolnikov Napoleon olmaq istəyir. Amma Tolstoy onu sadəcə şöhrətpərəst,
müharibə edib müharibənin mahiyyətini anlamayan biri kimi təsvir edir. İstərdim
iki nəhəng yazıçının "zövq fərqi” məsələsini şərh edəsiniz...
– Məncə, Napoleonu Dostoyevski yox, Raskolnikov
ideallaşdırırdı, həm də fövqəlinsan olmaq eşqinə düşdüyü vaxtlarda, sonra isə
Rodion Romanıç öz idealından üz döndərib İsanın göstərdiyi yolu tutdu. Yəni
"çelovekoboq” olmağın başını buraxıb "boqoçelovek” olmaq yoluna düşdü.
Napoleona gəlincə, Avropanın proqressiv qüvvələri, parlaq zəkaları gəncliyində
onu alqışlayırdılar, Napoleonu respublikanın qoruqçusu sayırdılar. Ancaq o,
özünü imperator elan eləyəndən sonra çoxları ondan üz döndərdi, hərçənd Hegel
kimi dahi bundan sonra da onu Allah adlandırmaqdan çəkinməmişdi. Tolstoyun
Napoleonu da romanın əvvəllərində hələ insanlıq simasını itirməyib,
istedadının, şəxsiyyətinin parlaqlığı hələ göz qamaşdırır, fransızlara qarşı
döyüşən zabitlər də ona pərəstişlə baxırlar. Romanın sonlarında isə Bonapart
yaralı vəhşiyə bənzəyir, o boyda sərkərdənin təşəxxüsündən, qürurundan,
ləyaqətindən əsər-əlamət qalmır.– Bu əsəri uzunçuluqda
qınayanların arqumenti budur ki, yersiz təfsilat çoxdur, onları romandan
çıxarsalar, əsər heç nə itirməz. Ancaq əsərin həcminin onun mahiyyətinə xələl
gətirmədiyini qeyd edənlərin arqumenti budur ki, bu romanda obrazlar
hadisələrin arxasınca sürünmürlər, hadisələri yaradırlar, ona görə də bu əsəri
uzunçuluqda qınamaq olmaz. Siz bu iki fərqli qütbün hansının yanındasınız?
– "Hərb və sülh”ün forması bu əsərin məzmununun
boyuna biçilib. Roman öz dövrü üçün yeni formada, yeni üslubda yazılıb – havayı
yerə onu janrına görə roman-epopeya adlandırmırlar. Tolstoy bu kitabda rus
xalqının bir neçə illik həyatının timsalında bəşər tarixinin mühüm məsələlərinə
aydınlıq gətirməyə çalışıb. Belə olmasaydı, roman Rusiyadan kənarda da böyük
maraqla qarşılanmazdı. Əminəm: əsərin uzunçuluğundan gileylənənlər onun
ideyasını, məzmununu lazımınca qavramayıblar. Məsələn, epiloqun ikinci –
nəzəri-fəlsəfi hissəsini çıxarıb atsan, zahirən heç nə dəyişməz, ancaq bu bölmə
əsərin dadına bir ayrı dad qatır, ideyanı, məzmunu daşa-qayaya həkk eləyir,
yazıçının ədəbi-fəlsəfi niyyətini bir növ legitimləşdirir, çoxyozumluluğa yer
qoymur – bəzi yazıçıların, xüsusən də modernistlərin bədii məziyyət hesab
elədiyi bu cəhəti Tolstoy ədəbi əsər üçün məqbul saymırdı.– Pyer obrazını Tolstoyun öz
obrazı kimi tipikləşdirdiyi deyilir. Yəni Tolstoy ailə həyatını dinclik kimi
düşünür, ancaq ailə həyatı onun ömrünə fırtınalar gətirir. Elenlə evlənən Pyer
də xoşbəxt günlər yaşamır, bəxti dolaşığa düşür. Yazıçı romana bu ailə xəttini
daxil etməklə, sizcə, əsərə nə qazandırıb?
– Məncə, Tolstoyun obrazı daha çox bu əsərdəki
üç personaj – Andrey Bolkonski, Pyer Bezuxov, qismən də Nikolay Rostov arasında
paylaşılıb. Rostovların evinə gedən Andreyin özündən xeyli kiçik Nataşanı görüb
ona aşiq olması kimi səhnələr avtobioqrafik sayıla bilər. Pyeri naqis əxlaqlı
Elenlə evləndirən Tolstoy Andreyin ölümündən sonra Nataşanı ona verməklə saf
ürəkli qəhrəmanının başına gətirdiyi mənəvi fəlakətin əvəzini ödəyir. Pyerlə
Nataşanın evliliyi timsalında yazıçı əsl xristian ailəsinin modelini yaratmağa
çalışıb. Onun Elenlə qurduğu ailə isə, necə deyərlər, ruhani birliyə
söykənməyən antixristian ailəsi idi. Bu təzad, kontrast müəllifin hədəfini
dəqiq göstərmək üçün əsərə salınıb – bir var ehtiras, riya üzərində qurulan
haram ailə, bir də var sevgi, səmimiyyət üstündə qurulan halal ailə.– Pyer obrazı "Anna
Karenina”dakı Levin obrazını xatırladır. Təhkimçiliyə qarşı olan Pyer "əsl
xoşbəxtlik başqaları üçün yaşamaqdır” qənaətində möhkəmlənir. Pyer sanki
dövlətin insanlar üçün edə bilmədiyini üstlənmək istəyir. Əsərdə Tolstoyun
dövlətçiliyə bu qədər qəddar münasibətinin kökündə, sizcə, nə dayanır?
– Pyer də, Levin də, – adından göründüyü kimi, –
avtobioqrafik obrazlardır. Tolstoy kimi mütəfəkkirlər üçün yaxşı-pis dövlət
yoxdur, bir çox dövlətlər zorakılıq aparatı, fitnə-fəsad mənbəyi, şeytan
çarxıdır. Bu sayaq peyğəmbər xislətli sənətkarların bir idealı olur – azad,
ruhani cəmiyyət. Belə cəmiyyət isə yalnız başqaları üçün yaşamaq xoşbəxtliyini
dadan, bu xoşbəxtlikdən vaz keçmək istəməyən kamil insanların bir yerə
toplaşması sayəsində yarana bilər. Demək, əvvəlcə azad, ruhani fərdlər
yetişməlidir ki, sonra onların birliyi yaransın. Belə birlik yaranarsa, heç bir
dövlətə, hökumətə ehtiyac qalmaz. Ona görə də dövlət, rəsmi ideologiya, rəsmi
din-şəriət həmişə bu prosesə qarşı çıxıb. Bəşəriyyətə Allah ideyasını bəxş
eləmiş Sokratın antik Yunanıstanda dinsizlikdə suçlanıb edama məhkum olunması,
yəhudi ruhanilərinin təhrikiylə İsanın çarmıxa çəkilməsi, müsəlman Şərqində
neçə-neçə sufi şeyxinə kafir kimi şəriət hökmünün oxunması, katolik kilsəsinin
Dekartın əsərlərinin çapına qadağa qoyması, Spinozanın sinaqoqdan, elə haqqında
danışdığımız Tolstoyun da pravoslav kilsəsindən qovulması dediyimizə aid
örnəklərdən yalnız bir neçəsidir.– Əsərdə çox geniş yer verilən,
həyatı başdan sona izlənən obrazlardan biri də Nikolay Rostovdur. O həm
müharibədə iştirak edir, həm qazandıqlarını göyə sovurur, həm də əvvəl
sevdiyinə sonra qarşı çıxır. Bu obrazı bu qədər ziddiyyətinə görə "müharibənin
fənalığının obrazı” adlandırırlar, sizcə, bu, nə dərəcədə doğru müşahidədir?
– Ənənəvi müsbət-mənfi prizmasından yanaşsaq,
Nikolay Rostov, əlbəttə, mənfi obraz deyil. Üstəlik, bunu da unutmayaq ki, onun
prototipi yazıçının atasıdır. Xırda qüsurlarına baxmayaraq Rostovun savaşın
şıdırğı yerində "Eşq olsun bütün dünyaya!” kimi təmtəraqlı şüar səsləndirməyə
yetəcək qədər təmiz ürəyi var. Bunları nəzərə alsaq, onun siz dediyiniz mənada
"fənalığın obrazı” olduğuna inanmağım gəlmir. Nikolay Rostov həyatsevər
oğlandır. Sonda özünün antipodu olan mömin, dindar knyajna Marya Bolkonskaya, –
onun da prototipi Lev Nikolayeviçin anasıdır, – ilə evlənməsi sonradan bütün
dünyanın Lev Tolstoy adıyla tanıyacağı bir dahinin palçığının yoğurulmasında
ana təbiətin istifadə elədiyi iki fərqli suya, iki fərqli tərkibə işarədir:
Nikolay nə qədər şən, rindanə fiqurdursa, knyajna Marya da bir o qədər
zahidanə, rahibanə obrazdır. Andrey Bolkonskinin bacısı monastıra getməliykən
Nikolay Rostova ərə gedir. Əgər Andrey sağ qalıb Nataşa Rostova ilə evlənsəydi,
yəqin bu izdivac baş tutmayacaqdı. Tolstoy bu əlaqələri çox ustalıqla
tənzimləyib, sanki romanda özünün dünyaya gəlişi üçün zəmin hazırlayıb. Əsərin
axırlarına yaxınlaşdıqca hiss eləyirsən ki, roman bitəndən sonra möcüzə baş
verəcək – dünyaya Lev Tolstoy kimi bir dahi gələcək.– Andrey Bolkonski də sevmədiyi
qadınla – Liza ilə evlənib. Müharibənin fonunda bu qədər sevgisiz ailələrin,
izdivacların əks olunmasını necə izah edərsiniz?
– Liza, çox güman, Andreyin sevdiyi qadın deyil,
ancaq onu Andreyin sevmədiyi qadın saymağa da haqqımız, dəlilimiz çatmır. Doğuş
zamanı can verən cavan arvadının üzünə baxanda sərt, cod Bolkonskinin ürəyindən
keçən şəfqət, mərhəmət duyğusunu Tolstoy misilsiz ustalıqla qələmə alıb. Buna
bənzər bir səhnə Heminqueyin "Hindu qəsəbəsi” hekayəsində də var. Andrey olsun
ki, Lizanı nə vaxtsa sevib, ancaq onların həyatının bu mərhələsi əsərdə təsvir
olunmayıb. Knyaz Bolkonski romanın birinci yarısında ümumiyyətlə nikahın,
evliliyin əleyhinə çıxır, özündən gənc dostu Pyerə də evlənməməyi məsləhət
görür. Nataşanı sevəndən sonra isə onun həyata baxışı dəyişir. Sualınızın
ikinci hissəsinə gəlincə, mən əksini deyərdim: Rusiya üçün ölüm-dirim
mübarizəsinin girdabından, misli görünməmiş bir savaş maşınının çarxları
arasından Tolstoy öz qəhrəmanlarını da, bütövlükdə rus xalqını da sevginin,
mərhəmətin, fədakarlığın, ruhani birliyin hesabına salamat çıxarır. Böyük
fəlakətin qarşısı böyük sevgiylə alınar. Kim başqaları üçün yaşayırsa, öz
ruhunu şeytandan, ölümdən satın almış olur. Dördüncü cilddə Pyerin əsirlikdə
gördüyü yuxunun təsviri var; bax o yuxu, məncə, bütün "Hərb və sülh”
epopeyasının açarı sayılmalıdır.– Əsərdə yazıçını ən çox məşğul
edən obrazlardan biri də Nataşadır. Müəllif onun 12-13 yaşlarından 29 yaşınaqədərki
həyatını izləyir. Ancaq o, namuslu Andreyi rədd edib pozğun Anatolu seçir və bu
seçim onun məhvinə gətirib çıxarır. Sizcə, Tolstoy bu qədər geniş yer verdiyi
qadın obrazı ilə hansı ideyasını əks etdirmək istəyirdi?
– Nataşanın Andreyə ilk vurğunluğu hələ ruhani
xarakter daşımır; bu, yetkinlik yaşına çatmış gözəl, duyğulu bir qızın ciddi,
ağıllı, ortaboy olsa da yaraşıqlı, xarizmatik bir zabitə heyranlığından başqa
bir şey deyil. Ondan da yaraşıqlı pozğun Anatol ortaya çıxandan sonra canında
qadınlıq ehtirası tüğyan eləyən Nataşa hayıl-mayıl olub başını itirir. Pyerin
sayəsində alınmayan uğursuz qaçış cəhdi Nataşa Rostovanın məhvinə səbəb olmur,
tərsinə, onu məhv olmaqdan qurtarır. Keçmiş nişanlısı, müharibənin ölümcül yara
vurduğu knyaz Andreylə od-alov içində baş tutan görüşü Nataşanı biryolluq
dəyişir, onun mənəvi dirçəlişinə, İsa peyğəmbərin buyurduğu yolla gedən cəfakeş
bir rahibəyə çevrilməsinə təkan verir. Əlbəttə, "rahibə” sözünü mən burda rəmzi
mənada işlətdim. Yarımcan Andreylə ona qulluq göstərən Nataşanın sevgisi artıq
Austerlits döyüşünün qəhrəmanı, Kutuzovun yavəri olmuş təkəbbürlü zabitlə
yelbeyin kübar qızın ötəri heyranlığı deyil, misli görünməmiş bir savaşın
cəhənnəmindən keçmiş iki yetkin şəxsiyyətin, iki kamil ruhun bir-birinə
toxunuşudur. Bu mistik təmas yer üzündəki təyinatını Nataşa Rostovaya biryolluq
anladır. Knyaz Andrey aldığı yaradan sağalmasa da, Nataşa bütün sonrakı
həyatını onun ruhunun kölgəsində keçirir. Savaş bitəndən sonra Andreyin dostu,
ruh ekizi Pyerlə Nataşa gerçək bir xristian ailəsi qurub mömin həyat
yaşayırlar.– Bu günə qədər ədiblər arasında əsərin adı ilə bağlı fikir ayrılığı
mövcuddur. Bir çoxları bu əsərin adının "Hərb və sülh” deyil, "Hərb və dünya”
olduğunu irəli sürürlər. Çünki rus dilindəki "mir” sözü həm "dünya”, həm də
"sülh” anlamında işlənir. Siz bu barədə nə deyə bilərsiniz?
– Əsər xeyirlə şərin qarşıdurması
üzərində qurulub, ona görə də mən "Hərb və sülh” variantının doğru olduğuna
inanıram. Üstəlik, başqa dillərə də bu adla çevrilib. İndi belə çıxır o
tərcüməçilər hamısı səhvə yol verib?– Əsərin əvvəlki adı "Sonu yaxşı bitən hər şey yaxşıdır” olub. Yəni
bu qədər ölüm-itim, insan faciəsi, təbəqələşmənin fəsadları, xəyanət, bəşəri
cinayətlərin fonunda yazıçının belə nikbin olması qəribə deyilmi?
– Tolstoy təkcə xeyrin yox,
şərin də Allahdan gəldiyinə inanan optimist dialektik idi – təxminən Hegel
kimi. Bu cür mütəfəkkirlər üçün kainatda bir yarpağın, bir tozun da hərəkəti
təsadüf deyil – hamısı hesablanıb, hamısı ilahi qanunlarla tənzimlənir.
Məsələn, Tolstoydan altı yüz il qabaq yaşamış Mövlana Cəlaləddin Rumi deyir:
"Allah insanı hər nəfəsdə yenidən yaradır”. Bu, Yaradanın dünyanın işlərinə
fasiləsiz müdaxiləsi deməkdir. Bu işdə Şeytan da ona xidmət göstərir – müxalif
cildinə bürünmüş olsa da. Belə düşünən insan necə nikbin olmasın? Əgər hər
şeyin Allahın əlində, Tanrının nəzarətində olduğuna inana bilsən, tarixi
proseslərə münasibətdə də hökmən optimist olacaqsan. Belə: Allah hər şeyi
bilir, nə eləyirsə düz eləyir. Yaxud da belə: Tanrı şərin olmağını ondan ötrü istəyib
ki, xeyir şərə qalib gəlsin.– Əsərin yorucu olduğu fikrində olanlar da çoxdur. Sıravi oxucularla
yanaşı, bəzi ədəbi tənqidçilər də müəllifi uzunçuluqda qınayırlar. Hətta
Tolstoyun özü də romanı haqqında yazdığı
məktubda belə demişdi: "Mən necə də xoşbəxtəm ki, bir də heç vaxt "Hərb və
sülh" kimi uzun-uzadı cəfəngiyat yazmayacam..." İllər sonra isə
gündəliyində belə yazıb: "Hərb və sülh” boş şeylərlə doludur. İnsanlar da onu
vacib bir əsər kimi qəbul edirlər”. Ziddiyyətli fikirlərdir...
– Tolstoyun həyatında da,
fikirlərində də belə təzadlar çoxdur. Bu, geniş mövzudur. Kəsə deyəcəm: mənə
əlli yaşlarına qədərki Tolstoy, "Hərb və sülh”ü, "Anna Karenina”nı yazan
Tolstoy daha doğmadır. Onun sonrakı axtarışları geriyə atılan addım idi,
sonrakı onilliklərdə o, bir neçə şedevrlə yanaşı bir xeyli zəif əsər də
yazmışdı. Təsəvvür eləyin, "Hərb və sülh”, "Anna Karenina” kimi əsərlərin
müəllifi təzədən Allah axtarışına çıxır. Halbuki bu əsərləri yazanda Tolstoy öz
allahını tapmışdı da, onu danışdırmışdı da, onun camalının nurunu bütün dünyaya
yaymışdı da.– Doğrudurmu, Tolstoy "Hərb və sülh”ü Vüktor Hüqonun "Səfillər”indən
təsirlənərək yazıb? Belə bir fikir var ki, Tolstoy romana forma tapmaqda
çətinlik çəkirmiş, Hüqonun "Səfillər” romanından sonra, nəhayət, onu necə
yazacağını dəqiqləşdirib...
– Tolstoy "Hərb və sülh”ü
yazmağa illərlə hazırlaşmışdı. Fikrin, ideyanın miqyası ondan geniş, çoxplanlı
forma tələb eləyirdi. Tolstoy belə bir forma üzərində baş sındırdığı vaxt –
1862-ci ildə Hüqonun "Səfillər” romanı işıq üzü gördü. Bu böyük ədəbiyyat
hadisəsi onun axtarışlarına güclü təkan verdi. Bundan az sonra – 1863-cü ildə
Tolstoy öz əsəri üzərində işə başladı, vur-tut altı ilə sənət tarixində misli
görünməmiş roman-epopeya ərsəyə gəldi.– Əsərdə ən sevdiyiniz detal, dialoq və ya
hadisə hansıdır?
– Belə səhnələr çoxdur, ancaq ən
təsirlisi, bəlkə də, knyaz Andreyin ölüm ərəfəsində yaşantılarını, onun daxili
monoloqlarını, daha sonra onun ölümünü təsvir eləyən fəsillərdir. Mənim
tanıdığım yazıçılar arasında heç kim ölüm mövzusuna Tolstoy qədər dərindən baş
vurmayıb, həm də təkcə bu əsərində yox. Bununla belə, Tolstoyun göstərdiyi ölüm
insanı qorxutmur, tərsinə, ona təsəlli verir. Ondan ötrü ölüm insanın öz
mənbəyinə qayıtmasıdır. Belə qüdrətli sənətkara az-az rast gəlinir. Məsələn, yazdığı hər dastan qəhrəmanlarının ölümüylə başa çatsa da, Nizamini oxuyan adam ölüm xofundan arınır, çünki o da ölümə fani həyatdan diri həyata atılan bir körpü kimi baxır. Bu məqamda Ramiz Rövşənin bir kəlamını xatırlatsam, məncə, yerinə düşər. Böyük şair illər öncə "Romeo-Cülyetta”nı "Leyli-Məcnun”la tutuşduranda demişdi ki, birinci əsərdə ölüm sevənləri ayırır, ikincidə birləşdirir.
– Romanın epiloqu iki hissəyə
bölünür. İkinci hissə azadlıq, dünya, Allah haqqında traktatı xatırladır.
Sizcə, bunun əsərin ümumi məzmunu ilə əlaqəsi nədədir?
– Bəli, epiloqun birinci hissəsində yazıçı
hadisələrə, qəhrəmanların taleyinə,
ikinci hissəsində isə əsər boyu hadisələri
müşayiət eləyən fəlsəfi ricətlərə,
tarixi, dini mülahizələrə yekun
vurur. Yəni epiloqun ikinci bölməsi
tarix, din, Allah, zərurət, azadlıq məsələlərinin həllinə həsr olunmuş
traktatdır. Burda deyilənlər romanın məzmunu, ideyası ilə sıx
bağlıdır. – Əsərdə Napoleonla Kutuzovun qarşı-qarşıya
qoyulmasının anlamı nədir?
– Əvvəla, Napoleonla Kutuzovu
Tolstoy yox, tarix qarşı-qarşıya qoyub. Tolstoyun Kutuzovu Allahın iradəsinə,
yəni zərurət qanunlarına tabe olan, öz ruhunu xalq ruhunun içində əridən mömin
qocadır. Əsərdəki Napoleon isə bütün dünyanı özünə təslim eləməyə çalışan, azad
iradəsini Tanrının da, təbiətin də, xalqın da hökmündən, iradəsindən üstün
tutan təkəbbürlü bir tirandır. Buna görə də Kutuzovdan çox-çox gənc, enerjili,
hətta bir sərkərdə kimi istedadlı olmasına baxmayaraq dünyanı titrədən fateh
ona uduzur. Əlbəttə, ona yox, Napoleon onun mütiliklə iradəsinə boyun əydiyi
Tanrının, bir də hər fransız əsgərinə buzdan heykəl yapan təbiətin hökmünə
təslim olur.– Romanın epiloqunu oxuyanda Tolstoyun qadın
idealı göz önünə gəlir. Sizcə, onun nəzərində ideal qadın necə idi?
– Tolstoyun nəzərində ideal
qadın ərini ilahi eşqlə, xristian məhəbbətiylə sevən, ona qeyd-şərtsiz təslim
olan, öz varlığını sevdiyinin varlığında əridib itirən, ailəsi, övladları üçün
yaşayan qadındır – Nataşa kimi, knyajna Marya kimi, "Anna Karenina”dakı Kiti
kimi. Çexovun "Qadası” adlı hekayəsi var. Hekayənin qadın qəhrəmanı başqa-başqa
peşələrin yiyəsi olan üç-dörd ərə gedir, hər dəfə də ərinin problemləriylə
yaşayır, onların diliylə danışır, bir sözlə, oxucu hekayə boyu qadının özünü
yox, onun kişilərdə, – daha doğrusu, kişilərin onda, – əks olunan surətini görür. Qəti şübhəm yoxdur
ki, Çexov bu hekayəni Tolstoyla polemika zəminində, onun ideal qadınlarının
halına gülmək, – əslində acımaq, – məqsədilə, o qadınların gerçək obrazını
ironik-faciəvi planda sərgiləmək üçün yazıb. Çexovdan ötrü həyatda belə bir
ideal yox idi, onun dünyagörüşü Tolstoydan çox fərqlənirdi. Tolstoy isə Çexovun
istehza hədəfinə çevirdiyi qadını gerçək qadınlıq örnəyi sayırdı, onun
fədakarlığına heyran qaldığını gizlətmirdi.– Qustav Flober isə 1868-ci ildə dostuna yazdığı
məktubda Tolstoyun iddiasında tamamilə haqlı olduğunu təsdiqləyir: "Müəllifin
düşüncələrindən imtina etməməsi, hekayəsi məni heyran edib, lakin fikirlərini
çox təkrarlayır, fəlsəfəsini sıx-sıx ön plana çıxarır. Buna baxmayaraq, bütün
iddialarında qətiyyətini qorumaqda haqlı görünür”. Əsərdəki ricətlər, sizcə,
romana nə qazandırır, onlarsız roman nə itirərdi?
– Flober kimi stilistin gözüylə
baxanda gərək romandan ən azı bütün tarixi, fəlsəfi, dini ricətləri, o cümlədən
epiloqun ikinci hissəsini, bundan başqa bir çox ikinci dərəcəli obrazı,
epizodu, süjet xəttini çıxarıb atasan. Yaxşı, bundan sonra "Hərb və sülh”dən nə
qalacaq – qol-budağı budanmış çılpaq gövdə. Flober "Anna Karenina”dakı
Levin-Kiti xəttini də silib atardı. Yeri gəlmişkən, Tolstoyun ilkin planında bu
xətt olmayıb, yazıçı onu sonradan artırıb. Ancaq bu xətti ixtisara salsan,
Tolstoy dönüb olacaq Flober. Heç kim demir ki, gərək Flober "Madam Bovari”də
xristian məhəbbətini, yaxud platonik məhəbbəti təcəssüm elətdirən daha bir
cütlüyün tarixçəsini yazaydı. Floberin dünyagörüşündə platonik məhəbbət deyə
bir hiss yoxdur, ondan ötrü şər, yalan, riya, faciəvilik həyatın təbii halı,
yaranışın mayasıdır, sevgi, mübtəlalıq, divanəlik kimi saf duyğular sonda
dünyanın dəyərdən salıb paslı dəmirə çevirəcəyi qara puldan başqa bir şey
deyil. Flober alternativ göstərmir, çünki onun alternativi yoxdur, o deyir ki,
dünya belədir – belə olub, belə də olacaq; uzaq başı yaxanı bu dünyanın əlindən
qoparıb hansısa küncdə stoiklər, kiniklər, epikürçülər kimi dinc, iddiasız ömür
yaşaya bilərsən – elə Floberin özü kimi. Ancaq Tolstoyun alternativi var.
Alternativi olduğuna görə də o, məsələn, Şekspir kimi dünyanı faciəvi
tamaşaların oynandığı səhnə saymırdı, ondan ötrü bu dünyada ümumiyyətlə heç bir
hadisə faciə deyildi. Bir məsələni bir də vurğulayaq ki, unutmayaq: "Hərb və
sülh” öz dövrünə görə yenilikçi roman idi, bu əsərin üslubi xüsusiyyətlərini
XX, ya XXI əsrin ədəbiyyatı kontekstində, ondan yüz-yüz əlli il sonra yazılmış
böyük romanlarla müqayisədə dəyərləndirmək olmaz.– Nataşa və Pyerin gözlənməz
şəkildə qovuşması romanın "sülh” tərəfidir. Siyasi mühiti, tarixi hadisələri,
Napoleonun rus və fransız xalqlarının tarixindəki rolundan bəhs etdiyi yerlər
isə ehtimal ki, müəllifin gözündə romanın hərb meydanıdır. Əslində, "Hərb və
sülh” iki ailənin – Rostovlar və Bolkonskilər – və hər zaman hadisələrin
ortasından keçib, ekssentrik bir formada hər şeyin əksinə çıxan, müəllifin əsas
fəlsəfi və ictimai düşüncələrinin tərcümanı olan qraf Pyer Bezuxovun hekayəsidir.
Oxucuya ilk baxışda elə gəlir ki, Peterburqun zadəgan malikanələrində
yaşananlar Napoleon istilasının qan-qadasından, pis niyyətindən uzaqdır. Amma
knyaz Andrey Bolkonskinin Napoleonla müharibəyə yollanması ilə bir anda romanın
bu sülh içində yaşanan məişət hadisələri savaşın ana xəttinə birləşir. Romanın
sonunda knyaz Bezuxovun edamdan xilas olması və Nataşa ilə evlənməsi oxucuda
ənənəvi "xoşbəxt sonluqlu” roman təsiri oyadır. Əsərin bu cür bölünməsi, sizcə,
doğrudurmu?
– Yox, mən bu bölgüylə, belə
təsnifatla razı deyiləm. O ki qaldı Pyer Bezuxovla Nataşanın evliliyinə, deyim:
ölmüş dostunun nişanlısıyla evlənən Pyer öz canında iki ruh gəzdirir, o, bəlkə,
də öz ömründən çox könül dostunun qırılmış ömrünün davamını yaşayır. Knyaz
Andreyin ruhu daim onların arasında dolaşır. İllər öncə "Ehsan” adlı hekayəmdə
yazmışdım – bir bədənə iki ruh olduqca faydalıdır.– Tolstoy "Hərb və sülh”lə
bağlı qeydlərini hazırlayarkən ilk əvvəl müharibə haqqında deyil, çar I
Nikolayı devirməyə uğursuz cəhd etmiş və otuz illik Sibir sürgünündən sonra
bəraət almış dekabristlərdən olan bir rus zabiti barəsində roman yazmağı
planlaşdırıb. Amma sonra üsyandan bəhs edən əsərin senzuradan keçməyəcəyini
düşünərək mövzunu dəyişib. Əsərdə bu məqam hiss olunurmu?
–
Yazılmış romanda yazılmamış romanın izlərini axtarmaq, doğrusu, ağlıma
gəlməyib. Tək bir məqamdan başqa: knyaz Andrey Bolkonskinin anadan da, atadan
da yetim qalmış, – müəllifin özü kimi, – oğlu Nikoluşkanın gələcəkdə parlaq bir
şəxsiyyət olacağı açıq-aydın görünür. Məncə, Nikoluşka böyüyəndə ya dekabrist
ola bilərdi, ya da Lev Tolstoy... Suala bir əlavəm də var: yanılmıramsa, Tolstoy dekabristlərdən də qabaq I Pyotr haqda roman yazmaq istəyirdi, ancaq nədənsə sonradan bu fikrindən yan keçmişdi.
–
Əsər barədə belə bir fikir var: Rostovlar
və Bolkonskilər Tolstoyun öz zadəgan şəcərəsinin obrazlarıdır. Qeyd edək ki,
Nikolay Rostov Tolstoyun atası Nikolaydan xeyli miqdarda borc alıb. Tolstoyun
atası zabit kimi 1812-ci il müharibəsinin qəhrəmanı olub. O, romanda öz adıyla
xatırlanır. Marya Bolkonskayanın prototipi isə Tolstoyun anası Mariya
Tolstayadır. Bu obrazların "Lısıye Qorı”da yerləşən evi də Tolstoyun ailə
malikanəsi olan "Yasnaya Polyana”nı xatırladır. İstərdim bu məsələyə münasibət
bildirəsiniz...
–
Əsərdə təsvir olunmuş
dövrün fonunda üç ailənin – Rostovlar,
Bolkonskilər, bir də
Kuraginlər ailəsinin tarixçəsi daha çox qabardılır.
Roman boyu bu ailələrin yolları dönə-dönə
kəsişir. Bununla belə, "Hərb və sülh”ü nə
ailə romanı, nə də sözün ənənəvi mənasında tarixi roman
saymaq olmaz. Adını çəkdiyim ailələrin tarixçələri
real həyatdan götürülüb: Rostovlar ailəsinin prototipi Tolstoyun ata soyu,
Bolkonskilər ailəsinin prototipi isə yazıçının ana tərəfdən nəslidir.
Məsələn, Nikolay Rostov Tolstoyun atasının, knyaz Andrey Bolkonskinin bacısı,
sonradan Nikolay Rostova ərə gedən knyajna Marya isə yazıçının
anasının obrazıdır. Tolstoyun anasının qızlıq
soyadı Volkonski idi,
bu da, göründüyü kimi, Bolkonski
familiyasından bircə hərflə fərqlənir. –
Tolstoy hesab edirdi ki, əsərə tarixi
esselər daxil etdiyi üçün onu sırf roman kimi səciyyələndirmək o qədər də
düzgün deyil. Müəllif özü bu əsəri tarixi xronika ilə roman arasında olan bir
janr kimi təqdim edirdi. Siz bu əsərin janrı barədə nə deyə bilərsiniz?
–
Əsərin janrı, məncə, düzgün təyin olunub: roman-epopeya! Bu janr romanın təkcə
həcmini yox, həm də məzmununu ifadə eləyir.–
Tolstoy bu romanı yazarkən hadisələrin
cərəyan etdiyi dövrü həm rus, həm də Avropa mənbələrindən öyrənib, Borodino
döyüşünün baş verdiyi yerə gedib; məsələn, romanın ikinci hissəsində fransızlar
Nikolay Rostovun qulluqçusu Lavruşkanı Napoleonun qarşısında dindirirlər. Bu
səhnədə Tolstoy fransız tarixçisi Tyerin yazdığı bir əhvalatı öz ironik
çalarlarını əlavə etməklə nəql edir...
–
Yəqin tarixi roman yazan müəllifin tarixi mənbələrdən asılılığına işarə vurursunuz.
Məncə, konkret bir zaman aralığında konkret məkanda baş verən hadisələrdən bəhs
eləsə də, "Hərb və sülh” heç tarixi roman da deyil. Bu əsərdə tarixi şərait
yalnız fon rolunu oynayır, üstəlik gerçək tarixlə yazıçı təxəyyülünün yaratdığı
tarix iç-içədir. Tolstoy rus xalqının Napoleon ordusuna qarşı mübarizəsinin
timsalında Tanrının işləkləri mövzusunda, Allahın tarix boyunca gəzişmələri
haqqında dini-fəlsəfi dastan yazıb. Yoxsa onun əsəri bu gün yalnız tarixçilər
üçün maraqlı olardı. Məsələn, Austerlits çölündə uzanmış yaralı Andreyə
baxa-baxa imperator Napoleonun dedikləri tarixi fakt deyil, ancaq inanırsan ki,
elə belə də olub, başqa cür ola bilməzdi. Tarixi faktlar yazıçıya lazım olub,
ancaq o, faktların arxasınca sürünməyib, hadisələrin mahiyyətinə varıb, tarixə
öz yozumunu verib. Bu baxımdan "Hərb və sülh”dəki tarix Lev Tolstoyun yaratdığı
tarixdir, əsərdə təpədən-dırnağa bütöv obrazı yaradılmış xalq Lev Tolstoyun
yaratdığı rus xalqıdır, belə bir rus xalqı bəlkə də heç olmayıb... Bu deyilənlərin bizdə də analoqu var: götürək İsa Hüseynovun "Məhşər” romanını. Yazıçı bu əsərdə orta əsr salnaməçilərinin yazdıqlarına dönə-dönə üz tutur, tarixi gerçəklərə mümkün qədər sadiq qalmağa çalışır, ancaq salnamələrin asılılığına düşmür. İsa Hüseynov üçün ən dəqiq, ən doğru-dürüst qaynaq sufi-hürufi ədəbiyyatı, Nəiminin, Nəsiminin yazdıqlarıydı. Məhz bu yanaşmanın sayəsində o, neçə yüz il qabaq baş vermiş qanlı hadisələrin mahiyyətinə varıb "Məhşər” kimi mükəmməl tarixi-fəlsəfi roman ortaya qoya bilmişdi.
–
Bir dəfə Tolstoy Parisdə gilyotinlə icra
edilən edamın şahidi olur. Bu hadisə onu sarsıdır və ölüm hökmü əleyhinə
baxışlarını qətiləşdirir. Yerli hökumətə söz demək səlahiyyətinə malik
olduğundan bir qraf kimi ondan xahiş edilir ki, ölüm cəzası əleyhinə məhkəmədə
təbliğat işi aparsın. Amma Tolstoy çox çalışsa da, istəyinə nail ola bilmir.
Odur ki, yazıçı sonralar ölüm hökmüylə bağlı baxışlarını romandakı Pyer
Bezuxovun dili ilə əks etdirir. Sualım ondan ibarətdir ki, bu əsərdəki
həyatilik gücü nədədir?
– Yazıçı üçün həyat materialı sadəcə materialdır. O materialdan nə
düzələcəyi yazıçının qüdrətindən asılıdır. Sovet ədəbiyyatşünaslığının ən
"realist” yazıçı kimi təqdim elədiyi Balzak bir novellasında obrazın diliylə
deyir ki, sənətkar, sən həyatın üzünü köçürən miskin bir "kopyaçı” deyilsən,
sən bu həyatın mənasını ifadə eləməlisən. Biz hamının olan obyektiv dünyada
yaşasaq da, bu dünyada hərənin öz dünyası var. Hər sənətkar, hər mütəfəkkir öz
subyektiv dünyasının sərhədini obyektiv dünyanın sərhədinəcən genəltməyə,
varlığın tək düsturunu kəşf eləməyə, yəni Tanrı olmağa çalışır. Həyat
materialları, həyat hadisələri həyatın mənasına, həyatı yaradan duyğu
partlayışına çəkilmiş illüstrasiyalar, bağlı qutuda saxlanan şifrələrdir. Bu
şifrələri düzgün oxuyan sənətkar insan övladının məqsədinə yetişəcək.Söhbətləşdi: Fərid Hüseyn