O və həyat yoldaşı da 1 milyon ayırdı
 
                    "Barselona”nın
sabiq futbolçusu Xavi də koronavirusla mübarizə üçün vəsait ayırıb.
Kaspi.az
xəbər verir ki, hazırda "Əl-Sədd” klubunu çalışdıran Xavi və həyat yoldaşı
Nuriya Kunilera bunun üçün 1 milyon avro vəsait ayırıblar.
Vəsait
Barselona xəstəxanalarından birinin hesabına köçürülüb. Bu vəsait tibbi ləvazimatlar
alınmaqla yanaşı, araşdırma aparılması üçün də sərf olunacaq.
Koronavirusa
görə dünyanın əksər ölkələrində idman yarışları dayandırılıb.
                                             
                 
         Bakı 17°C
 Bakı 17°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                