“O vaxt mənə kollecin dəhlizinin əməkdar və xalq artisti deyirdirlər” - Məktəb illəri
Məktəb
illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada
düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Gənc tarzən Humay Qədimovauşaqlıq illəri ilə bağlı elə çox xatirəsi olmasa da, kollec dönəmindən xatirələri
boldur. Onlardan birini bizimlə bölüşdü: "Uşaqlıq xatirələrim o qədər də zəngin
deyil. Uşaq vaxtı həyətə düşüb oynadığımızı belə xatırlamıram. Anam həmişə
deyirdi ki, avara uşaqlar həyətdə oynayar. Təhsil aldığım kollecdə maraqlı
hadisələr olub. İndi də kollecdən məni tanıyanlar bunu deyirlər. Deməli, dərsə
gedirdim, dərsdən sonra axşama qədər kollecin dəhlizində tar ifa edirdim. Hətta
deyirlər ki, axşam qarovulçu ilə birlikdə kollecin qapısını bağlayıb gedirdin.
O vaxt mənə kollecin dəhlizinin əməkdar və xalq artisti deyirdirlər”.