• cümə axşamı, 28 mart, 19:15
  • Baku Bakı 13°C

O, sonuncu mövsümünü keçirir

25.10.17 14:15 2860
O, sonuncu mövsümünü keçirir
"Yuventus”un qapıçısı Canluici Bufon karyerasının sonuncu mövsümünü keçirir.
Kaspi.az xəbər verir ki, Cici bu mövsümün sonunda böyük futboldakı çıxışını başa vuracaq. Bu barədə qapıçı özü məlumat verib. Amma onu bu qərarını dəyişməyə bir amil vadar edə bilər:
"Bu, mənim futbolda sonuncu mövsümümdü. Bu qərarımdan tamamilə əminəm. Daha bir neçə il futbolda qalmaq mənim qazandıqlarıma o qədər də çox şey əlavə etməyəcək.
Çox sakitəm və gələcəkdə məni nə gözlədiyi ilə bağlı heç bir narahatlığım yoxdur. Fikrimi dəyişməyə isə yalnız bir amil səbəb ola bilər: bizim Çempionlar Liqasını qazanmağımız. Belə olsa, onda mən klublararası dünya çempionluğunu da qazanmaq üçün karyeramı davam etdirə bilərəm.
Karyeramı böyük qələbə ilə bitirmək istəyirəm. 11 il əvvəl dünya çempionu olmuşam. Ancaq ÇL-in finalında 3 dəfə məğlubiyyət acısı yaşamışam”.
Buffon FİFA-nın versiyasına görə, ilin ən yaxşı qapıçısı seçilib.
banner

Oxşar Xəbərlər