• cümə, 29 Mart, 12:05
  • Baku Bakı 14°C

O, “Real”dan Zidana görə gedir

07.06.17 16:38 1209
O, “Real”dan Zidana görə gedir
"Real”ın futbolçusu Xames Rodriges komandasını dəyişmək niyyətindədir.
Kaspi.az xəbər verir ki, Rodriges agenti Jorj Mendeşdən onun üçün yeni klub tapmağı tələb edib. Xames Zinəddin Zidanın "Real”ın baş məşqçi postunda qalacağına əmin olduqdan sonra belə qərar verib.
Rodriges meydanda az olmasından şikayətçidir. O, bu məsələdə Zinəddin Zidanı günahlandırır. Kolumbiyalı futbolçunun xidmətində "Mançester Yunayted” və PSJ-nin maraqlı olduğu bildirilir.
Xames başa çatan mövsümdə 22 oyunda (13-də start heyətində) meydanda olub, 8 qol vurub, 6 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər