• cümə, 19 Aprel, 15:15
  • Baku Bakı 25°C

O qayıtsa, Messi “Barsa”da qalacaq

18.03.20 12:18 1262
O qayıtsa, Messi “Barsa”da qalacaq
Lionel Messinin "Barselona”da qalıb-qalmayacağı müzakirə mövzusu olaraq qalır.
Kaspi.az xəbər verir ki, ispan mətbuatında bununla bağlı yeni məlumat yayılıb. Bildirilir ki, Messinin "Barselona”da qalmaq üçün yalnız bir şərti var.
O, Neymar kluba qayıdacağı təqdirdə "Barselona”da qalacağını bildirib. Messinin komandanın nəticələri qane etmir.
Məlumata görə, Leo Valverdenin istefaya göndərilməsi ilə də barışa bilmir. Onu ancaq Neymarın kluba qayıdışı motivasiya edə bilər.
Leonun qüvvədə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır.
banner

Oxşar Xəbərlər