• çərşənbə axşamı, 23 aprel, 17:38
  • Baku Bakı 24°C

O, prezident olacağını istisna etmir

28.04.17 14:30 1332
O, prezident olacağını istisna etmir
"Real”ın futbolçusu Serxio Ramos "tvitter”də azarkeşlərin suallarını cavablandırıb.
Kaspi.az xəbər verir ki, azarkeşlərdən biri Ramosdan "Real”ın prezidenti postunu tutmaq istəyib-istəmədiyini soruşub. Müdafiəçi gələcəkdə bu vəzifədə ola biləcəyini istisna etməyib:
"Real”ın prezidenti olmaq? Hələlik özümdə bu keyfiyyətləri görmürəm. Ancaq hadisələrin necə cərəyan edəcəyini əvvəlcədən müəyyənləşdirmək olmaz. Mən də bunu istisna etmirəm”.
Ramos karyerasını bitirdikdən sonra "Real”ın məşqçilər korpusunda təmsil oluna biləcəyinə də eyham vurub: "Hələ qarşıda uzun illəri əhatə edəcək futbolçu karyeram var. Məşqçiliklə bağlı düşünmək tezdir. Ancaq bunun gələcək variantlardan biri olduğunu deməliyəm”.
banner

Oxşar Xəbərlər