• cümə axşamı, 25 aprel, 21:36
  • Baku Bakı 21°C

O oyundan əvvəl dəhşətli kabus hiss edirdik - Messi

10.11.17 13:00 987
O oyundan əvvəl dəhşətli kabus hiss edirdik - Messi
Argentina yığmasının lideri Lionel Messi DÇ-2018-in seçmə mərhələsinin son oyunundan – Ekvadorla qarşılaşmadan danışıb.
Kaspi.az xəbər verir ki, Messi özünün və komanda yoldaşlarının qarşılaşmadan əvvəl keçirdikləri hissləri ictimaiyyətlə bölüşüb. O, oyundan əvvəl dəhşətli kabus hiss etdiklərini vurğulayıb:
"Əlbəttə yığmanın futbolçuları ağlasığmaz təzyiq və dəhşətli kabus hiss edirdilər. Peru və Venesuela ilə oyunlarda şansımızdan yararlana bilməmişdik.
Biz həmin qarşılaşmalarda da qələbəyə layiq idik. O qarşılaşmalarda qalib gəlsəydik, belə təzyiq altında qalmazdıq.
Son anda tapşırığı yerinə yetirə bildik. DÇ-yə getməməyimiz faciə olardı”.
Argentina yığması Ekvadorla oyunda 3:1 hesabı ilə qalib gələrək, mundiala vəsiqə qazanıb. Messi isə het-trik edib.
banner

Oxşar Xəbərlər