• şənbə, 27 Aprel, 00:33
  • Baku Bakı 14°C

O oyunda məğlub olsalar, qovulacaq

09.10.19 14:30 763
O oyunda məğlub olsalar, qovulacaq
"Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar sulşerin komandadakı vəziyyəti düzəltmək üçün ixtiyarında cəmisi 3 oyun var.
Kaspi.az xəbər verir ki, oktyabr ayında "Mançester Yunayted” "Liverpul”, "Partizan” və "Norviç”lə qarşılaşacaq. Bu oyunlardan ikisi Premyer Liqa, biri isə Avropa Liqasının qarşılaşmasıdır.
Əgər MY "Liverpul”a məğlub olsa, bu, anlayışla qəbul ediləcək və Sulşer postunda qalacaq. Çünki rəhbərlik indiki halda "Liverpul”la səviyyə fərqini qəbul edir. "Partizan”la oyun da həlledici olmayacaq. Çünki rəhbərliyi Avropa Liqasındakı uğursuzluq o qədər də narahat etmir.
Premyer Liqanın 10-cu turunda "Norviç”lə keçiriləcək qarşılaşma isə həlledici olacaq. MY bu oyunda məğlub olsa, Sulşer istefaya göndəriləcək.
MY 8 turdan sonra cəmisi 9 xal toplayaraq 12-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər