• çərşənbə, 17 Aprel, 01:17
  • Baku Bakı 14°C

O niyə daz oldu?

04.04.20 18:15 1201
O niyə daz oldu?
"Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhem imicini kardinal şəkildə dəyişib.
Kaspi.az xəbər verir ki, Bekhem başını daz qırxdırıb. O, bu addımını qısa olaraq belə şərh edib:
"Sadəcə, bunu etmək lazım idi. Gecəniz xeyrə qalsın”.
Bekhem "İnter Mayami” klubunun sahibidir. Floridalılar MLS-də 2020-ci ildən çıxış edirlər. Klub bu yaxınlarda koronavirusla mübarizə üçün emblemini dəyişib.
Yeni loqoda mərkəzdə olan şabalıd iki yerə ayrılmış şəkildə təsvir edilib. Bununla da klub insanlara xəbərdarlıq edir ki, koronavirusla mübarizədə məsafə saxlamaq vacibdir.
banner

Oxşar Xəbərlər