• çərşənbə, 24 Aprel, 02:37
  • Baku Bakı 14°C

O, “Milan”dan gedir

24.07.17 12:45 2550
O, “Milan”dan gedir
"Milan”ın hücumçusu Karlos Bakkanın komandadan gedəcəyi ehtimalı artır.
Kaspi.az xəbər verir ki, hücumçunun komandanı tərk edəcəyinə "milan”ın baş məşqçisi Vinçentso Montella da işarə vurub. O, "Bavariya” ilə keçirilən yoldaşlıq oyununda (4:0) Bakkanın heyətdə olmamağını üstüörtülü də olsa, bu amillə əlaqələndirib:
"Bakka cümə axşamı Avropa Liqasında keçiriləcək oyunda da meydana çıxmayacaq. Aydındır ki, belə qərar gələcək transfer planına görə atılıb”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Bakka "Marsel”ə keçməyə yaxındı. 30 yaşlı futbolçu "Milan”a 2015-ci ilin yayında "Sevilya”dan keçib. O, ötən mövsüm A seriyasında keçirdiyi 32 oyunda 13 qol vurub.
banner

Oxşar Xəbərlər