• cümə, 29 Mart, 04:19
  • Baku Bakı 7°C

O, məni qapıya da qoysa...

02.12.13 08:58 1101
O, məni qapıya da qoysa...
- "Rəvan" səddini minimal hesablı qələbə ilə keçdiniz. Bu görüşlə bağlı nə deyə bilərsiz?
- Bu qələbəyə görə şadam. Çünki bunun sayəsində yenidən liderlərə çata bildik. Uğurlu oyun sərgilədik. Yenilər də kollektivə yaxşı uyğunlaşdılar və bir-birimizi çox gözəl başa düşürdük. Bunu meydandan kənardakı münasibətlərə də aid edə bilərəm.
- Komandanız niyə ikinci hissədə o qədər də fəal deyildi, növbəti qol üçün o qədər də istəkli görünmürdü?
- İndiki məqamda bizim üçün hər oyunda 3 xal qazanmaq daha vacibdi. Şübhəsiz ki, bu üzdən hesabı qorumağa daha çox diqqət yetirirdik. Çünki rəqibin cavab qolu vurması işimizi daha da çətinləşdirə bilərdi. Təbii ki, biz də kinci qolu vurmağı istəyirdik. Pis olmazdı. Sadəcə, alınmadı.
- Sizi son dövrlər cinahda görməyə alışmışdıq. Amma bu görüşdə mərkəzdə çıxış edirdiz...
- Mənim üçün "Qəbələ"də hansı mövqedə oynamağın fərqi yoxdu. Baş məşqçimiz Yuri Syomin qapıya da qoysa, tərəddüdsüz duraram. Mərkəzdə də özümü çox yaxşı hiss edirdim.
- Siz ötən mövsümkü qədər parlaq futbol sərgiləmirsiz. Bununla razısız?
- Bu mövsüm baş məşqçi məni daha çox müdafiəyəmeylli mövqelərdə sınayır. Buna normal yanaşıram.
- Liderlərin növbəti xal itkisini gözləyirsiz?
- Təbii ki, buna ümid edirik. İlk pilləni yenidən qaytarmağı çox istəyirik. Amma bunun üçün özümüzün qələbə qazanmağımız daha vacibdi.
- Çoxları belə hesab edir ki, 1-2-ci yerlər uğrunda mübarizə sonadək "Neftçi" və "Qarabağ" arasında gedəcək...
- Ümid edirəm ki, biz onları məyus edəcəyik. Hələ əsl mübarizə qarşıdadı. Qızıl medallar uğrunda mübarizə aparacaq gücdəyik.
banner

Oxşar Xəbərlər