• çərşənbə axşamı, 19 mart, 07:02
  • Baku Bakı 8°C

O, İspaniyanı, yoxsa Fransanı seçəcək?

23.10.17 14:20 2850
O, İspaniyanı, yoxsa Fransanı seçəcək?
"Real”ın futbolçusu Teo Ernandesin hansı yığma komandanın şərəfini qoruyacağı maraq doğurur.
Kaspi.az xəbər verir ki, Ernandesin xidmətində Fransa və İspaniya maraqlıdı. "Real”ın baş məşqçisi Zinəddin Zidan da bu məsələyə münasibət bildirib:
"Teo Ernandesin Fransanı, yoxsa İspaniyanı seçəcəyini bilmirəm. Ancaq hesab edirəm ki, o, hansısa bir yığmanın şərəfini qorumağa layiqdir.
Ancaq düzünü deyəcəyəm, onun seçimi barədə məlumatsızam. Bu barədə heç nə bilmirəm”.
Bir müddət əvvəl mətbuatda məlumat yayılmışdı ki, Ernandes üstünlüyü İspaniya yığmasına verəcək. O, Fransanın U-18 və U-19 yığmalarının şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər