• çərşənbə axşamı, 23 aprel, 12:29
  • Baku Bakı 24°C

O, futboldan zövq alan 19 yaşlı uşaqdır - Mourinyo

05.05.17 13:15 1127
O, futboldan zövq alan 19 yaşlı uşaqdır - Mourinyo
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının yarımfinalında "Selta” ilə keçirilən ilk oyundan (1:0) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Mourinyo yetirmələrinin oyunundan razı qaldığını deyib. Ancaq o, nəticədən narazı olduğunu gizlətməyib:
"Mən komandamın oyunundan çox razı qaldım. Ancaq nəticədən yox. Biz ən azı 2, ya da 3 qol vurmalıydıq. Bunu bacarmadıq və nəticədə növbəti mərhələyə kimin keçəcəyi sualı açıq qaldı.
Yaxşı oynadığımız üçün bütün suallara ilk oyunda aydınlıq gətirə bilərdik. İndi isə "Old Trafford”da da bütün gücümüzü sərf etməliyik.
Reşford? O, futboldan zövq alan 19 yaşlı uşaqdır. Reşford öz üzərində çox işləyir və şansını gözləyir. Bu gün o, öz şansından yararlandı”.
banner

Oxşar Xəbərlər