• cümə, 29 Mart, 16:55
  • Baku Bakı 14°C

“O, Allah tərəfindən göndərilmiş liderdi”

08.06.17 13:15 1186
“O, Allah tərəfindən göndərilmiş liderdi”
Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Lionel Messi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sampaoli belə bir futbolçu ilə işlədiyi üçün məmnun olduğunu bildirib. O, Messinin insani xüsusiyyətlərindən də danışıb:
"Messi və Dibala kimi futbolçular Argentina yığması üçün çox vacibdir. Messi ilə ünsiyyət qurarkən, mənim gözləntilərimi tamamilə üstələdi.
Leo çox sadə oğlan və əla komanda yoldaşıdır. O, Allah tərəfindən göndərilmiş liderdir və yığma komanda üçün vacib futbolçudur. Belə bir futbolçu ilə işlədiyim üçün çox məmnunam.
Messi "Barselona”da komanda oyununu tapıb. İndi biz Argentina yığmasında da onun üçün belə şərait yaratmalıyıq”.
banner

Oxşar Xəbərlər