• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

O, ABŞ-ın da “Şöhrət zalı”na düşməyə namizəddir

25.05.17 15:45 1381
O, ABŞ-ın da “Şöhrət zalı”na düşməyə namizəddir
ABŞ futbolunun "Şöhrət zalı”na düşmək üçün namizədlərin siyahısı müəyyənləşib.
Kaspi.az xəbər verir ki, siyahıda 33 futbolçu yer alıb. İngiltərə futbolunun əfsanəsi Devid Bekhemin də adı siyahıda var. O, MLS-də 6 mövsüm keçirib.
2007-ci ildə "Los-Ançeles Qelaksi”yə keçən Bekhem 2 dəfə (2011, 2012) MLS-in qalibi olub. Səsvermə yığmanın və klubların məşqçiləri, federasiya rəsmiləri, indiyə qədər "Şöhrət zalı”na düşən şəxslər və mətbuat nümayəndələri arasında keçiriləcək.
Hər bir şəxs 10 namizədin adını qeyd edə biləcək. "Şöhrət zalı”na düşmək üçün ən azı 66,7 faiz səs toplamaq lazımdı.
banner

Oxşar Xəbərlər