• cümə axşamı, 25 aprel, 20:02
  • Baku Bakı 21°C

“Nyuikasl”ın şahzadəyə satılmasını istəmirlər

08.06.20 12:15 666
“Nyuikasl”ın şahzadəyə satılmasını istəmirlər
Böyük Britaniya parlamentinin 16 üzvü baş nazir Boris Consona müraciət ediblər.
Kaspi.az xəbər verir ki, parlamentarilər "Nyukasl”ın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən alınmasına etiraz edirlər. Onlar baş nazirdən tələb ediblər ki, "Nyukasl”ın şahzadəyə satılmasının qarşısını alsın.
Onlar xatırladıblar ki, Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçının öldürülməsini sifariş etməkdə ittiham olunur. Deputatlar hesab edirlər ki, şahzadə reputasiyasını idman vasitəsilə təmizləmək istəyir.
Onlar baş nazirə müraciətlərində bildiriblər ki, belə şəxslərin, Böyük Britaniyadan yararlanmaqla istəklərinə nail olmalarına imkan vermək olmaz.
banner

Oxşar Xəbərlər