• cümə, 29 Mart, 16:15
  • Baku Bakı 14°C

Nyu-York məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı”nın xeyrinə qərar çıxarıb

29.06.17 16:50 1050
Nyu-York məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı”nın xeyrinə qərar çıxarıb
Nyu-York məhkəməsi "Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun etirazını rədd edərək bankın xeyrinə qərar çıxarıb.
ABB-nin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması qət edilib. Belə ki, bu yekun qərara əsasən, restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar "Azərbaycan Beynəlxalq Bankı”na və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib: "Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq”.
Qeyd edək ki, səsvermənin nəticələri iyulun 18-də nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.
banner

Oxşar Xəbərlər