Növbəti ildə də əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam etdiriləcək

Növbəti ildə də əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam etdiriləcək

İqtisadiyyat
06 Noyabr 2019, 12:11 459
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir.
Trend-in məlumatına görə, iclasda Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı haqqında danışıb.
Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.
S.Şərifov, həmçinin bildirib ki, 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. O bildirib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Nazirin sözlərinə görə, növbəti ildə də bu işlər davam etdiriləcək:
"2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir”.