• cümə, 29 Mart, 19:06
  • Baku Bakı 14°C

Nur-Sultan və Almatıda insanların evdən çıxışına qadağa qoyulub

26.03.20 17:51 720
Nur-Sultan və Almatıda insanların evdən çıxışına qadağa qoyulub
Qazaxıstan hakimiyyəti Nur-Sultan və Almatı şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərara əsasən, martın 28-dən etibarən hər iki şəhərin sakinlərinin evdən çıxışına qadağa qoyulub.
Nur-Sultan və Almatı sakinləri yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün evlərini tərk edə bilərlər.
Xatırladaq ki, Qazaxıstanda 109 nəfər koronavirusa yoluxub. Koronavirus təhlükəsi ilə əlaqədar martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət elan edilib, martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub.
banner

Oxşar Xəbərlər