Nümayəndəlik institutunun ləğvi ilə bağlı məsələ MM-in gündəliyindən çıxarılıb
Milli Məclisin bu gün keçirilən plenar iclasında 3 məsələ gündəlikdən çıxarılıb.
APA-nın məlumatına görə, bunlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərdir.
SpikerOqtay Əsədovbuna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib.
Qeyd edək ki, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.
Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edib.
Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.