• çərşənbə axşamı, 16 aprel, 17:03
  • Baku Bakı 19°C

NTV istirahət məkanı kimi Bakı ilə Dubayı müqayisə etdi

22.04.17 19:29 850
NTV istirahət məkanı kimi Bakı ilə Dubayı müqayisə etdi
Rusiyanin NTV kanalında yayımlanan "Dvoynıye standartı. Tut vam ne tam!" proqramı 30 min rus rubluna istirahət günlərini Bakı və Dubayda necə keçirməyin mümkün olduğuna dair müqayisə aparıb.
AZƏRTACNTV-yə istinadən xəbər verir ki, proqramın aparıcıları Bakı və Dubaya səfər ediblər və bu şəhərlərdə 30 min rus rubluna necə istirahət etməyin mümkün olduğunu aydınlaşdırmağa çalışıblar.
Aparılan araşdırma ilə bağlı süjetdə deyilir ki, Azərbaycanın paytaxtı Bakı son zamanlar turistlər üçün soraq kitabçalarında və dəbdəbəli jurnalların üz qabığında tez-tez təqdim edilir. Bakını ən çox "şərqin Dubayı" adlandırırlar. Süjetdə bu şəhərlər arasındakı ortaq cəhətlərdən də söhbət açılır. Və bu ortaq cəhətlərin neft, günəş və kilometrlərlə uzanan qumlu çimərlik olduğu vurğulanır. Süjetdə istirahət üçün tələb olunan hər şeyin - nəqliyyat, yaşamaq, qidalanma və əyləncə xərclərini 30 min rus rublu ilə ödəməyin mümkün olub-olmadığına aydınlıq gətirilib.
Bildirilir ki, Dubay çox bahalı şəhərdir, lakin neft şeyxlərinin diyarında ucuz qiymətə istirahət etmək mümkündür. Təbii ki, əgər qənaət edəcəksinizsə. Bakıda isə qənaət barədə düşünmədən rahat istirahət etmək olar.
banner

Oxşar Xəbərlər