• cümə, 29 Mart, 17:43
  • Baku Bakı 14°C

Noyeri yarımmüdafiədə oynatmaq istəyirmiş

05.02.20 13:32 2168
Noyeri yarımmüdafiədə oynatmaq istəyirmiş
Xosep Qvardiola "Bavariya”nın baş məşqçisi olanda komandanın qapıçısı Manuel Noyeri meydan futbolçusu kimi sınaq istəyirmiş.
Kaspi.az xəbər verir ki, bu barədə "Bavariya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge məlumat verib. O bildirib ki, Pep Noyeri yarımmüdafiədə oynatmaq fikrində olub:
"Titul qazandıqdan sonra Qvardiolada belə bir ideya yarandı ki, Noyeri yarımmüdafiədə sınasın. Onu belə bir təşəbbüsə razı salmaq asan deyildi.
Bu həm də təkəbbür kimi qiymətləndirilə bilərdi. Amma bütün hallarda hesab edirəm ki, Noyerdən yaxşı yarımmüdafiəçi çıxardı”.
Qvardiola "Bavariya”ya 2013-2016-cı illərdə rəhbərlik edib.
banner

Oxşar Xəbərlər