• cümə axşamı, 25 aprel, 10:31
  • Baku Bakı 14°C

Noyabrın ilk hərracında 83 dövlət əmlakı üzrə seçim olacaq

08.10.19 12:18 527
Noyabrın ilk hərracında 83 dövlət əmlakı üzrə seçim olacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti özəlləşdirmə hərracına onlayn seçim və sifariş artıq başlayıb.
Komitədən bildirilib ki, noyabrın 5-i baş tutacaq hərracda investorların, iş adamlarının, vətəndaşların ümumilikdə 83 dövlət əmlakı üzrə seçim imkanı var. Elektron xidmətlərin tətbiqi ilə hər kəs komitənin onlayn resursları vasitəsilə dövlət əmlakları üzrə seçim edərək vaxt itirmədən elektron sifariş verə bilər. Elektron hərrac sistemi ilə sifarişçilər seçdikləri dövlət əmlakının hərracına əlavə ünvana getmədən, elə internet üzərindən qoşulması mümkündür. Komitənin keçirdiyi açıq özəlləşdirmə hərracları iştirakçı məmnuniyyətini təmin edir, şəffaflığı artırır. Bu istiqamətdə əsas hədəf vətəndaşları yalnız keyfiyyətli və rahat hərrac xidmətləri ilə təmin etməkdir.
Noyabrın ilk hərracına çıxarılan dövlət əmlaklarına müxtəlif regionlarda yerləşən kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahələri, yarımçıq tikililər aiddir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12,2 kvadratmetr ilə 2997 kvadratmetr arasındadır. Fərqli iqtisadi sahələr üzrə fəaliyyət potensialı olan kiçik dövlət müəssisələrinə əmlak kompleksləri, ticarət, istehsal, xidmət obyektləri və digər əmlaklar aiddir. Elan edilən bu hərracda ən yüksək ümumi faydalı sahəsi olan müəssisə Balakən şəhəri, "28 May” küçəsindəki əmlak kompleksidir. Dövlət obyekti 95 min kvadratmetrə yaxın torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.
Komitə tərəfindən oktyabrın 8-də növbəti özəlləşdirmə hərracı keçirilib. Hərracda özəlləşdirilən 6 nəqliyyat vasitəsi üzrə ümumilikdə 26 sifariş verilib. Hərracları rəqabətli mühitdə keçən və buraxılış tarixləri 2006-cı, 2007-ci illər olan avtomobillər "Toyota” və "VAZ” markalarına aiddir.
Hərraclara çıxarılan hər bir dövlət əmlakı ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Sifarişçilərlə yanaşı, hərraca marağı olan digər şəxslərin də özəlləşməyə onlayn qoşulmaq imkanı var.
banner

Oxşar Xəbərlər