• şənbə, 20 Aprel, 03:27
  • Baku Bakı 15°C

Noyabrın 18-dən 24-dək Ümumdünya antibiotiklərin düzgün istifadəsi həftəsi keçiriləcək

08.11.19 21:15 1362
Noyabrın 18-dən 24-dək Ümumdünya antibiotiklərin düzgün istifadəsi həftəsi keçiriləcək
Noyabrın 18-dən 24-dək Ümumdünya antibiotiklərin düzgün istifadəsi həftəsi keçiriləcək.AZƏRTACDünya səhiyyə təşkilatının saytına istinadla xəbər verir ki, bu tədbirin məqsədi infeksiyaların antibiotiklərə davamlılığı problemi haqqında bütün dünyada insanların məlumatlılıq səviyyəsini yüksəltmək və geniş ictimaiyyəti, səhiyyə işçilərini və siyasi qərarlar qəbul edən şəxsləri bu problemin daha geniş yayılmasına imkan verməyən qabaqcıl yanaşmaları tətbiq etməyə istiqamətləndirməkdir.
Antibiotiklər kəşf ediləndən sonra bu preparatlar müasir tibbin arsenalında ən güclü vasitələrdən birinə çevrilib. Ancaq tibbdə və baytarlıqda antibiotiklərin çox tez-tez tətbiq edilməsi və onlardan təyinatı üzrə istifadə olunmaması nəticəsində belə preparatlara davamlılıq problemi yaranmışdır. Bu halda tətbiq edilən dərman vasitələri mikroorqanizmlərə, məsələn, bakteriyalara təsir etmir.
banner

Oxşar Xəbərlər