• cümə, 26 Aprel, 03:01
  • Baku Bakı 16°C

Noyabrda 15 nəfər dəm qazından zəhərlənib

12.11.13 13:58 1139
Noyabrda 15 nəfər dəm qazından zəhərlənib
Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, zəhərlənmə halları daha çox Bakının müxtəlif rayonlarında qeydə alınıb. Zəhərlənənlər arasında qadınların üstünlük təşkil etdiyini deyən A.Maqsudov qeyd edib ki, onlardan 8-i qadın, 7-si isə kişidir. Onun sözlərinə görə, zəhərlənənlərin ümumi vəziyyəti orta-ağır və yüngül dərəcədə olub, bəzilərinə isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
Mərkəzin müdiri, bu ay da ölkədə insanlar arasında dərmanlardan allergik reaksiya nəticəsində zəhərlənmə hallarının qeydə alındığını deyib. Onun sözlərinə görə, bu ayın ilk 10 günü ərzində mərkəzə dərmanların allergik reaksiyası ilə bağlı 8 müraciət olub.
banner

Oxşar Xəbərlər