AZE | RUS | ENG |

Novxanı yolunda ağır qəza: 2 ölü, 5 yaralı

Novxanı yolunda ağır qəza: 2 ölü, 5 yaralı
Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Novxanı-Binəqədi yolunda qeydə alınmış hadisə zamanı iki "Mercedes" və bir "Vaz 2106" markalı minik maşınları toqquşub. Nəticədə iki azyaşlı - 6 yaşlı Gülçöhrə Seyidova və 2 aylıq Mehram Seyidov dünyasını dəyişib. Daha 5 nəfər - 1980-ci il təvəllüdlü Mehman Seyidov, 1988-ci il təvəllüdlü Könül Seyidova, 1992-ci il təvəllüdlü Ləman Mahmudzadə, 1992-ci il təvəllüdlü Lamiyə Mahmudzadə və 1978-ci il təvəllüdlü Mehdixan Vəkilov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, avtoqəza "Mercedes" markalı avtomobillərdən birinin sürücüsünün səhvi ucbatından baş verib. Sərxoş olduğu deyilən həmin sürücü avtomaşını yolun əks istiqamətində idarə etməklə qəza şəraiti yaradıb.
 
Sərxoş sürücü artıq saxlanılaraq məsuliyyətə cəlb olunub. Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6873
GBP 1 İngilis funt sterlinqi 2.3770
TRY 1 Türk lirəsi 0.4466
KWD 1 Küveyt dinarı 5.6698
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 2.0949
CHF 1 İsveçrə frankı 1.8128
USD 1 ABŞ dolları 1.7001