• cümə, 29 Mart, 19:40
  • Baku Bakı 14°C

Novruz Məmmədov nazirlikləri tənqid edib

17.01.17 16:00 914
Novruz Məmmədov nazirlikləri tənqid edib
"Bir neçə gündür, ölkə mətbuatında Dağlıq Qarabağın "KVN" komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəriNovruz Məmmədovözünün "facebook” şəbəkəsindəki hesabında yazıb. "Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”, - deyəNovruz Məmmədovbildirib.
Xatırladaq ki, "KVN” Beynəlxalq İttifaqı və "AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.
Məsələ ilə bağlı AzərbaycanXarici İşlər NazirliyivəGənclər və İdman Nazirliyietiraz bəyanatı verib.
banner

Oxşar Xəbərlər