• cümə, 19 Aprel, 17:23
  • Baku Bakı 25°C

Novruz Məmmədov: "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq"

25.02.17 15:15 999
Novruz Məmmədov: "Erməni tarixi soyqırımı damğasını daim daşıyacaq"
"Soyqırımı bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır”.
APA-nın məlumatına görə, bunuPrezident Administrasiyasırəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovözünün "facebook” səhifəsində yazıb.
"Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırımı "qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə həmçinin onların faciəsidir. Bu soyqırımı damğasını erməni tarixi daim daşıyacaq”, - deyə N. Məmmədov qeyd edib.
banner

Oxşar Xəbərlər