• cümə, 29 Mart, 12:42
  • Baku Bakı 14°C

Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı"

22.02.17 12:50 956
Novruz Məmmədov: "Assosiasiya sazişi təklif edən Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanımırdı"
"İşğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür"
"200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub. Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb".
APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda keçirilən beynəlxalq konfransdaPrezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovdeyib.
N. Məmmədov bildirib ki, Ermənistanda tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı 1988-ci ildən sonra qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində yüz minlərlə insan məcburi köçkün düşüb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində törədilən əməllər Dağlıq Qarabağda yaşayan ermənilərin rifahı üçün deyildi, bu ərazilərə sahib olmaq niyyətindən qaynaqlanıb. Dağlıq Qarabağ münaqişəsi erməni dairələrinin ərazi iddialarının son mərhələsi olub, onlar hətta Xocalıda soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu əməllər 20-ci əsrin ruhuna ziddir, ancaq biz bunları yaşamışıq".
Prezident Administrasiyasırəhbərinin müavini bildirib ki, münaqişə ümumən regionun inkişafına da böyük ziyan vurub: "1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, məhrumiyyətlər yaşayıb. Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addımlar atıb. Ancaq bu itki və ağrılar beynəlxalq ictimaiyyətə çatdırılmalıdır, beynəlxalq birliyin bunu bilməsi çox vacibdir".
N. Məmmədov qeyd edib ki, işğal olunmuş ərazilərdə çox münbit torpaqlar var və bu torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tuta bilərdi: "Bu gün Azərbaycan torpaqlarının 25 faizindən istifadə etmək mümkün deyil. Otlaq ərazilərinin 70 faizi işğal olunmuş torpaqlardadır. 900-dən artıq yaşayış məntəqəsi dağıdılıb, qəbiristanlıqlar belə qalmayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində vurulan bu zərəri bütövlükdə qiymətləndirmək mümkün deyil. Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edənAvropa İttifaqısənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür.Avropa İttifaqıvə böyük dövlətlər əsasən öz iqtisadi maraqlarını güdür".
banner

Oxşar Xəbərlər