• çərşənbə axşamı, 19 mart, 07:06
  • Baku Bakı 8°C

Novruz Məmmədov: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"

23.10.17 16:00 2762
Novruz Məmmədov: "AŞPA müəyyən dairələrin əlində alətə çevrilib"
"Avropa ŞurasıParlament Assambleyası Azərbaycana qarşı qərəzli olan bir qurumdur".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiriNovruz Məmmədovbildirib.
”AŞPAədalətli qurumdursa, ədalət tərəfdarıdırsa, üzv ölkələrdən birinin digər üzv ölkənin torpaqlarını işğal altında saxlamasına niyə münasibət bildirmir? Niyə bununla bağlı heç bir söz demir, qərar qəbul etmir?AŞPAmüəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Münaqişəyə baxmayaraq, Azərbaycan inkişaf edir, böyük nüfuzu var, regionda, beynəlxalq aləmdə nüfuzu artır. Azərbaycan kiçik bir dövlət olsa da, Şimal-Cənub, Şərq-Qərb kimi mühüm nəqliyyat dəhlizlərinin,Bakı-Tbilisi-Ceyhanneft kəməri,Bakı-Tbilisi-Ərzurumqaz kəmərinin,TANAP, TAP kimi layihələrin ,Bakı-Tbilisi-Qarsdəmir yolunun təşəbbüskarı, iştirakçısıdır, bu layihələrdə mühüm rol oynayır. Bütün bunlar 26 ildə Azərbaycan dövlətinin həyata keçirdiyi böyük işlərdir”, - deyə o vurğulayıb.
N. Məmmədov qeyd edib ki, dünyanın hətta ən böyük dövlətləri belə miqyasda işlər görməyib: "Bütün bunlar Azərbaycanın dünyada yerini, rolunu göstərir. Bu isə çox təəssüf ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər.AŞPA-nın bir neçə yüz üzvü var, bəzən 25-30 nəfər yığışır, danışırlar, qərar verilər. Amma onlarədalətsiz, qərəzlidirlər, belə olmaz. Azərbaycan ərazilərini 25 ildən artıqdır işğal altında saxlayan işğalçı Ermənistan haqqında bir dəfə də bir söz demirlər, amma Azərbaycanla bağlı kiçik bir söhbət olan kimi qərəzli münasibətlərini ortaya qoyurlar".
banner

Oxşar Xəbərlər