• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

Novruz Aslanov mədəniyyət işçisini təbrik edib

05.01.17 12:30 1081
Novruz Aslanov mədəniyyət işçisini təbrik edib
Milli Məclisin deputatı Novruz Aslanov yanvarın 4-də İsmayıllı rayonunda mədəniyyət sahəsində çalışan və rayonda bu sahənin inkişafına töhfələr vermiş Sahibə Abdullayevanın 60 illik yubileyi münasibətilə təbrik edib.
Deputatın qərargahındanAPA-ya verilən məlumata görə, Sahibə Abdullayeva uzun illərdir ki, gənclərə muğam sənətini öyrədib. Xidmətlərinə görə dövlət başçısı tərəfindən «Tərəqqi» medalına layiq görülüb. Millət vəkili də incəsənət sahəsində kifayət qədər xidmətləri olan Sahibə xanımın bu fəaliyyətinə yüksək qiymət verib və hədiyyəsini ona təqdim edib. Gələcəkdə də bu sahənin inkişafı üçün əlindən gələni edəcəyinə əmin olduğunu bildirən Novruz Aslanov Sahibə Abdullayevaya uğurlar arzulayıb.
Sonra millət vəkili seçiciləri qəbul edib, onların problemləri ilə maraqlanıb.
banner

Oxşar Xəbərlər