• cümə, 29 Mart, 02:21
  • Baku Bakı 7°C

Novak: "Ehtiyatların azalması bazarda balans yaradacaq"

08.05.17 15:20 1202
Novak: "Ehtiyatların azalması bazarda balans yaradacaq"
"Mart ayından etibarən dünyada neft ehtiyatlarının həcmində azalma müşahidə olunur və prosesi davam edəcək". "APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, ehtiyatların azalması bazarı balanslaşdıracaq.
"İlin əvvəlindən etibarən üzən anbarlarda ehtiyatların həcmi 30% azalıb", - deyə nazir bildirib.
A.Novak əlavə edib ki, neft hasilatının azaldılması ilə bağlı razılaşmaya qoşulan ölkələr üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirib: "Razılaşmaya qoşulan ölkələr ciddi intizam nümayiş etdirir. Hasilatçılar sutkalıq hasilatı 1,8 mln. barel azaltmaqla bağlı üzərilərinə öhdəlik götürüb. Müşahidələr göstərir ki, öhdəliklər yerinə yetirilib".
banner

Oxşar Xəbərlər