• cümə, 26 Aprel, 11:34
  • Baku Bakı 12°C

"Normativ hüquqi aktlar haqqında” qanuna dəyişiklik edilib

23.02.21 12:07 424
"Normativ hüquqi aktlar haqqında” qanuna dəyişiklik edilib
Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi qaydası dəyişib.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən "Normativ hüquqi aktlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, normayaratma orqanına təqdim edilən normativ hüquqi aktın layihəsinə normativ hüquqi aktın layihəsinin uyğunluğunun təmini haqqında arayış (müvafiq layihələr əlavə olunmaqla (olduğu halda)) da əlavə olunmalıdır.
Qüvvədə olan qanuna əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər. Layihəyə əsasən, artıq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Nazirlər Kabinetinin aktına əsasən də qəbul edilə bilər. Başqa sözlə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktı, habelə Konstitusiyadan, referendum aktlarından, Azərbaycan qanunlarından və Azərbaycan Respublikası Prezidentinin aktlarından irəli gəldiyi halda Nazirlər Kabinetinin aktına əsasən, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
banner

Oxşar Xəbərlər