• cümə, 29 Mart, 12:45
  • Baku Bakı 14°C

"Normandiya dördlüyü”nün görüşünün vaxtı və yeri məlum olub

11.10.16 12:31 927
"Normandiya dördlüyü”nün görüşünün vaxtı və yeri məlum olub
"Normandiya dördlüyü”nə daxil olan ölkələrin dövlət başçılarının görüşünün vaxtı məlum olub.

APA-nın "lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov "Europe 1” radiosuna müsahibəsində deyib.

O bildirib ki, görüş oktyabrın 19-da Berlində baş tutacaq. Səfirin sözlərinə görə, Almaniya kansleriAngela Merkelölkə liderlərini həmin gün Berlində axşam yeməyinə dəvət edib.

Qeyd edək ki, sonucu dəfə "Normandiya dördlüyü”nün görüşü 2015-ci il oktyabrın 5-də Parisdə Yelisey sarayında baş tutub. Bu qrupa Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir.
banner

Oxşar Xəbərlər