• cümə, 19 Aprel, 12:41
  • Baku Bakı 25°C

Normal çəkili insanların infeksion xəstəliklərdə müalicə effekti piylənməsi olanlardan 3 dəfə çoxdur

03.03.21 15:45 425
Normal çəkili insanların infeksion xəstəliklərdə müalicə effekti piylənməsi olanlardan 3 dəfə çoxdur
"Hər hansı infeksion xəstəlik zamanı normal çəkili insanların aparılan müalicəyə effektiv cavabı piylənməsi olan şəxslərdən 3 dəfə çoxdur”.
APA-nın məlumatına görə, bunu COVID-19 xəstəliyinə yoluxmuş artıq çəkidən əziyyət çəkən insanların mübarizələrini çətinləşdirən məqamlar mövzusunda çıxış edən ATU-nun I Cərrahi xəstəliklər kafedrasının baş laborantı, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov deyib.
O bildirib ki, COVID-19 ağciyərləri zədələyən ən güclü viruslardan biridir: "Belə insanlarda ağciyərlərin tənzimlənməsi zəif olduğundan, orqanizmdə diabet yükünün artması nəticəsində ürək zəifləyir və xəstənin kəskin infeksion xəstəlikdən çıxması çox azalır”.
banner

Oxşar Xəbərlər