AZE | RUS | ENG |


Nobel mükafatçısı danışır

Nobel mükafatçısı danışır
Yunan yazardan ədəbiyyat və həyat haqqında seçmələr

Müasir yunan ədəbiyyatının simvolizm cərəyanının banilərindən Georgies Seferiades dünya ədəbiyyatında Nobel Ədəbiyyat mükafatının qalibi Georgie Seferis kimi tanınır. 1900-cü il mart ayının 13-də ədəbiyyata olduqca maraqlı olan yunan hüquqşünasın ailəsində, İzmirdə anadan olan Georgie 14 yaşına qədər yunanların kompakt məskunlaşdığı bu şəhərdə yaşayıb. İlk təhsilini burada almış yazıçı yunan balıqçıların dillər əzbəri olan Girit dastanlarını dinləyərək böyüyür. Birinci Dünya Müharibəsi başlayanda ailəsi ilə birgə Afinaya köçür. 1918-ci ildə təhsilini davam etdirmək üçün Parisə yollanan yazar burada hüquq təhsili alır. Həmin illərdən artıq şeirlər yazmağa başlasa da, 1925-ci ildə vətəninə dönərək, dimplomatik fəaliyyətə başlayır. 1963-cü ildə "Qədim ellin dünyasının qarşısında baş əyməyə vadar edən gözəl lirik əsərlərinə görə” Nobel Ədəbiyyat mükafatına layiq görülən şair "Strophe”, "The Cictern”, "Log Book”, "Three Secret Poems”  və s. Kitabların müəllifidir. Müəllifin "literactor.com”da yer almış, "Poets’ songs” adlı məqalədə ədəbiyyat və həyat haqqında fikirlərindən bəzilərini təqdim edirik. "Bir il bundan əvvəl amerikalı oxucumdan məktub aldım: "Beləcə, Seferisi dərindən anlamaq və tərcüməsiz oxumaq üçün müasir yunan dilini öyrənməyə başlamışıq”. Şair üçün bundan daha böyük kompliment nə ola bilər deyə uzun müddət düşündüm. Bir oxucu isə yazmışdı ki, şeirlərinizi oxuya-oxuya yunan dilini öyrəndik. Nə böyük qürur, necə böyük şərəf!”.
"Geniş auditoriya yazıçı üçün elə də əhəmiyyətli olmamalıdır. Məncə, yazıçının auditoriyası onu oxuyanlardan ibarət deyil, onun yönləndirə, öyrədə, istiqamətləndirə, düşündürə və dəyişdirə bildiklərindən ibarətdir. Həyatda heç zaman "daha çox insan məni oxusun” məqsədinə xidmət etməmişəm”.
"Fəlsəfə, cərəyanlar, dünyagörüşləri, inanclarla bağlı xırda fikrim belə yoxdur. Mənim üçün dünyagörüşü də, fəlsəfə də, inanc da yazmaqdır, başqa heç nə bilmirəm”.
"Ən rahat, ən çox və yorulmadan işlədiyim ölkə Albaniya olub. Orada məni heç kim tanımırdı, heç kim nə iş gördüyümlə maraqlanmırdı, tamamilə təcrid olunmuşdum, yazmaq üçün olduqca əlverişli mühit, imkanlar var idi”.
"İnsan təbiətinin diktə etdiyi kimi davranmayanda gülünc vəziyyətə düşür. Kimsə düşünür ki, Nobel mükafatlı yazıçı kimi mənim ədəbi irsim elə də zəngin deyil. Ola bilər, amma mən kiməsə görə özümü yazmağa məcbur edə bilmərəm, heç vaxt etməmişəm. Vacib hesab etmədiyim işi icra etmirəm, hələ ki bu işi məcburiyyət kimi təqdim edirlərsə. "Vacib” anlayışı nəzərimdə ədəbiyyata, yaradıcılığa yad məfhumdur”.
"Yaxşı ədəbi nümunə yaratmağın ilk şərti insanın gördüyü işə inanmasıdır, kiminsə inancını doğrultmaq, kiminsə gözləntilərinə cavab vermək üçün yazmayın. Bir şeyi əsla unutmayın, dünyada yalan qəbul etməyən yeganə iş poeziyadır”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007