• cümə, 29 Mart, 02:02
  • Baku Bakı 7°C

NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək

28.01.21 11:15 349
NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək
"Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".
BunuAPA-nın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən,2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

banner

Oxşar Xəbərlər