• cümə, 29 Mart, 17:54
  • Baku Bakı 14°C

Nizami Qəribov: Barama istehsalı 300 tona çatarsa, “Şəki-İpək” ASC 8-10 ay fasiləsiz işləyəcək

30.04.17 13:47 1741
Nizami Qəribov: Barama istehsalı 300 tona çatarsa, “Şəki-İpək” ASC 8-10 ay fasiləsiz işləyəcək
Uzun illər fasilədən sonra keçən il Azərbaycanda 71 tona yaxın yaş baramanın istehsal olunması "Şəki-İpək” ASC-nin fəaliyyətinə də müsbət təsir göstərib. Bunun nəticəsidir ki, ötən il müəssisəmiz 4 ay fasiləsiz işləyib və 430 nəfər işlə təmin olunub. Bu il ölkəmizdə 300 tonadək barama istehsal olunarsa, ən azından, 8-10 ay 450-500 nəfəri işlə təmin edə biləcəyik. Gələcəkdə barama istehsalı 400 tona çatarsa, müəssisəmiz ilboyu fəaliyyət göstərəcək.
Bu sözləri "Şəki-İpək” ASC-nin İdarə Heyətinin sədri Nizami QəribovAZƏRTAC-a müsahibəsində deyib.
Müəssisə rəhbəri bildirib ki, ötən il Çin Xalq Respublikasından gətirilmiş ipəkqurdu toxumları çox yaxşı məhsul verib. Emal prosesində də heç bir problem olmayıb. Bu ipəkqurdlarının bəslənilməsi daha asandır, az yem sərf edir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il də həmin toxumlardan sifariş olunaraq respublikamıza gətirilib.
Nizami Qəribovun dediyinə görə, ilk məhsul mayın axırı, iyunun 1-2-nə gözlənilir. İyunun 3-4-dən etibarən məhsulun çıxışı xeyli sürətlənəcək. Ümumiyyətlə, iyunun sonunadək barama tədarükü tam yekunlaşacaq.
"Barama kənd təsərrüfatı məhsulları içərisində qısa müddət ərzində nəticə əldə olunan ən sərfəli məhsullardan biridir. Taxılı da, pambığı da, digər məhsulları da bir neçə ay gözləmək lazımdır. Ancaq barama qısa müddət ərzində məhsul verir və istehsalçı da tez gəlir əldə edir. Bu baxımdan, barama yetişdirmək istehsalçılar üçün çox sərfəlidir”, - deyə müəssisə rəhbəri bildirib.
banner

Oxşar Xəbərlər