• çərşənbə axşamı, 19 mart, 13:24
  • Baku Bakı 8°C

Niyə Özbəkistan sərt rejimə qayıdır?

09.07.20 19:23 701
Niyə Özbəkistan sərt rejimə qayıdır?
İyulun 8-də Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.
"Qafqazinfo" "Kun.uz"a istinadən xəbər verir ki, tədbir zamanı Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə Baş İdarəsinin üzvü, professor Həbibulla Okilov Özbəkistanda sərt karantin rejimininin niyə bərpa edildiyini açıqlayıb. "Yüngülləşmədən sonra insanlar qaydalara riayət etməməyə başladılar. Xəstələrin sayı hər gün artmaqda davam edir. Resurslar tükənir. Çarpayılar dolub. Bütün həkimlər 14 gün işləyirlər və sonra karantinə alınır. Nə həkim, nə də çarpayı qalmayıb”,-deyə Okilov qeyd edib.
O bildirib ki yaranmış vəziyyətlə əlaqədar müvafiq orqanlar Özbəkistanda sərt karantin rejimin bərpa edilməsini təklif ediblər.
"Xüsusi komissiya təkliflərimizi qəbul etdi. Asimptomatik xəstələrin evdə müalicə olunmasına icazə verilib. Karantin müddətini hotellərdə keçirmək olar, ancaq bu vəziyyətdə belə çarpayılarımız yoxdur. Bütün stasionar yerlər dolub”,-deyə professorbildirib.
O, həmçinin xəstələrin sayının kəskin artması səbəbindən kifayət qədər testlərin aparıla bilmədiyini bildirib: "Gündə 20-22 min test çatmır. Əvvəllər nəticələr bir neçə saatdan sonra hazır olurdu, indi isə bu bir neçə gün çəkir".
Okilov bütün vətəndaşları ciddi şəkildə karantin qaydalarına əməl etməyə çağırıb.
"Vəziyyət pisləşsə və hər gün 500, 1000 və ya 1500 xəstə təyin olunarsa, çöküş yaşanacaq. Sistem belə bir yükə dözə bilməyəcək ",-deyə Həbibulla Okilov yekunlaşdırıb.
banner

Oxşar Xəbərlər