• cümə, 29 Mart, 01:45
  • Baku Bakı 7°C

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq

04.08.17 14:00 2228
Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü olacaq
Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin 105 illiyi çərçivəsində maestrolunun adını daşıyan mənzil-muzeyində "Açıq qapı” günü təşkil ediləcək. Bu barədəAZƏRTAC-a Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi avqustun 20-də Fəxri xiyabanda maestronun məzarını və heykəlini ziyarət edəcək, eyni zamanda, bir sıra tədbirlər təşkil olunacaq. "Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında olan sənədli filmlər, onun konsertlərindən, "Rast” muğam-baleti və "Çitra” baletindən videogörüntülər təqdim olunacaq.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə edəcəklər.
banner

Oxşar Xəbərlər