• cümə axşamı, 18 aprel, 22:07
  • Baku Bakı 21°C

Nikah bağlanmasında mühüm yenilik

29.07.13 16:22 1567
Nikah bağlanmasında mühüm yenilik
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin «Nikah qeydiyyatı üçün elektron müraciət xidməti» artıq «Elektron hökumət» portalına inteqrasiya edilib. Vətəndaşlar xidmətdən yararlanmaq üçün ilk növbədə portalda Ədliyyə Nazirliyinə məxsus xidmətlərin təqdim olunduğu bölməyə daxil olmalıdır. Bundan sonra, müvafiq xidməti seçərək nikahın bağlanması üçün elektron müraciət formasında hər iki tərəf müvafiq orqanı, özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s.) daxil etməklə online qaydada qeydiyyat imkanından istifadə edə bilərlər.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
banner

Oxşar Xəbərlər