• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

NİDA üzvünə hökm oxunub

16.01.17 15:40 1065
NİDA üzvünə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E. Qəhrəman son söz deyib. O, günahsız olduğunu bildirib.
Sonra hökm oxunub. Hökmə əsasən, E. Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E. Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər