• cümə, 29 Mart, 12:12
  • Baku Bakı 14°C

Neymara “aramızda satqına yer yoxdur” mesajı

01.08.17 13:55 1258
Neymara “aramızda satqına yer yoxdur” mesajı
"Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçəcəyi demək olar ki, dəqiqləşib.
Kaspi.az xəbər verir ki, artıq Neymarın gedişi ilə "Barselona” azarkeşləri də barışıblar. Onlar braziliyalı futbolçuya etirazlarını da çatdırıblar.
Dünənə qədər "Barsa” azarkeşlərinin kumiri olan Neymar bu dəfə satqın adlandırılıb. "Nou Kamp” stadionunun yaxınlığında Neymarın şəklini yerləşdirən azarkeşlər "aramızda satqına yer yoxdur” yazıblar.
PSJ Neymara görə 222 milyon avro ödəyəcək. Onun illik məvacibi isə 30 milyon avro olacaq.
banner

Oxşar Xəbərlər