• cümə axşamı, 18 aprel, 06:34
  • Baku Bakı 12°C

Neymar o komandada oynamaq istəyir

17.04.17 15:05 917
Neymar o komandada oynamaq istəyir
"Barselona”nın futbolçusu Neymar gələcəkdə oynamaq istədiyi komandanın adını açıqlayıb.
Kaspi.az xəbər verir ki, Neymar Braziliyanın "Flamenqo” komandasının heyətində meydana çıxmaq istədiyini bildirib. O, sabiq klubu "Santos”la münasibətlərindən də danışıb:
"Gələcəkdə "Flamenqo”nun heyətində meydana çıxmağı arzulayıram. "Marakana”nın dolu tribunalarının önündə Libertadores kubokunun qarşılaşmasında meydana çıxmaq pis olmazdı.
Ancaq onu da deyim ki, hələ də "Santos”u sevirəm. Baxmayaraq ki, klub məni məhkəməyə verib. Onların belə hərəkətinin səbəbi mənə bəlli deyil”.
"Santos” Neymarı və atasını dələduzluqda ittiham edərək, məhkəməyə verib.
banner

Oxşar Xəbərlər