• cümə axşamı, 28 mart, 16:54
  • Baku Bakı 16°C

“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunub

21.12.19 10:15 561
“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunub
"Nəsimi ili” çərçivəsində "Nizami Kino Mərkəzində tanınmış Azərbaycan rejissoru Həsən Seyidbəylinin "Nəsimi” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim edilib.
Trend-in məlumatına görə, ekran əsərinin yenilənmiş versiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Balans” milli rəqəmsal studiyasında ərsəyə gətirilib.
Gecədə filmin elektron versiyası üzərində aparılan işlər barədə danışılıb. Qeyd edilib ki, qrup artıq iki filmin bərpasını yerinə yetirib. Mədəniyyət Nazirliyinin birgə layihəsinə müvafiq olaraq, daha 15 filmin bərpası gözlənilir.
Bildirilib ki, "Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olan "Nəsimi” filmini yüksək peşəkarlıqla bərpa edərək yenidən tamaşaçılara təqdim edir.
Ekranda filmin bərpadan əvvəlki və sonrakı vəziyyəti nümayiş olunub.
"Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, "Nəsimi” filminin yenilənmiş versiyasının bugünkü təqdimatı Prezident İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illiyi ilə bağlı 2019-cu ilin "Nəsimi ili” elan edilməsi çərçivəsində keçirilir.
Film 1973-cü ildə, Nəsiminin 600 illiyi şərəfinə çəkilib. Kinoda Nəsimi obrazını Azərbaycanın Xalq artisti Rasim Balayev ifa edib.
Təqdimatda filmdə Fatimə rolunu canlandıran Xalq artisti Xalidə Quliyeva və digər aktyorlar çıxış ediblər.
Sonra "Nəsimi” filminin bərpadan sonra ilk nümayişi olub.
banner

Oxşar Xəbərlər