• cümə, 29 Mart, 05:34
  • Baku Bakı 7°C

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı

13.02.17 15:25 1622
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı
Azərbaycan prezidentiİlham ƏliyevNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininyaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasənNəqliyyat NazirliyivəRabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək onların əsasında Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyaradılır.

Nazirlər Kabinetinə Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyihaqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək həvalə olunub.
Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitəvə yüksək texnologiyalar naziri təyin edilib.

Azərbaycan prezidentiİlham Əliyevmüvafiq sərəncam imzalayıb.
banner

Oxşar Xəbərlər