Neftin qiymətinin ucuzlaşması OPEC-ə üzv ölkələrə 1 trilyon dollara başa gəlib
Neftin qiymətinin ucuzlaşması Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrə 1 trilyon dollara başa gəlib.
AZƏRTACxəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo Küveytdə keçirilən neft-qaz konfransında deyib.
O bildirib ki, OPEC-ə üzv ölkələr neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar son iki il ərzində 1 trilyon dollardan çox vəsait itirib.